Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzovdan sensasion açıqlamalar - yas mərasimləri, rəsmi qəzetlərdə başsağlıqlarının dərci...

Tarix: 29-08-2019 10:24     Baxış: 4147 A- / A+
Siyavuş Novruzovdan sensasion açıqlamalar - yas mərasimləri, rəsmi qəzetlərdə başsağlıqlarının dərci...

Azərbaycanda “ehsan qadağası”nın tətbiqindən 5 il zaman keçir.

Milli Məclisin payız sessiyasının ilk iclası 30 sentyabrda başlayacaq. Daxili Nizamnaməyə əsasən, plenar iclaslara həmin tarixdən etibarən start verilsə də, sentyabrın ilk günlərindən etibarən komitələrin toplantıları keçiriləcək. Qarşıdakı sessiyada müzakirə olunacaq qanun layihələri ilə bağlı təfsilatlar hələ bəlli olmasa da, “Yeni Müsavat”a maraqlı məlumat daxil olub.

Aldığımız məlumata görə, payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi müzakirəyə təqdim ediləcək. Üstəlik, layihəyə çox mühüm və olduqca maraqlı düzəlişlərin ediləcəyi bildirilir. Xatırladaq ki, sözügedən qanun layihəsi ilə bağlı hələ 2018-ci ilin payız sessiyasında anons edilmişdi. O zaman bildirilmişdi ki, İctimai birliklər və dini qurumlar komitəsi, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi layihəni birgə müzakirəyə çıxaracaq. Ancaq nədənsə layihədən səs-soraq çıxmadı və onun müzakirə olunmamasının səbəbləri də açıqlanmadı. Bəzi mənbələr layihə ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu bildirsələr də, bu, təsdiqlənmədi. Xatırladaq ki, o zaman yayılan məlumatlarda yeni qanun layihəsinin hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” Qanunu əvəz edəcəyi bildirilirdi. Yeni qanun layihəsinin parlamentin 2019-cu il yaz sessiyasında plenar müzakirəyə çıxarılacağı deyilsə də, bu, baş vermədi. Belə görünür ki, qanun layihəsinin “bəxti açılıb” və müzakirəyə təqdim ediləcək.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a eksklüziv açıqlamasında ilginc məlumatlar söylədi. Bildirdi ki, yenidən üzərində işlənilən qanun layihəsində yeniliklər olacaq. Bu sıraya rəsmi mətbuatda ənənəvi olaraq rast gəldiyimiz, başsağlıqlarının yığışdırılması məsələsi də daxildir. “Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır” - deyə, komitə sədri bildirdi. S.Novruzov indiyə qədər tətbiq olunan qaydaların yığışdırılması zərurətindən də danışdı: “Yazılır ki, filankəs ölüb. Allah rəhmət eləsin! Ölüb, ölüb də. Rəsmi adamdırsa, bu, başqa məsələ. Dövlət başçısı buna başsağlığı verir. Necə ki, haradasa zəlzələ, yaxud başqa ağır hadisə baş verəndə, çoxsaylı insan tələfatı olanda dövlətlərin başçıları bir-birinə başsağlığı verirlər, bu, başqa şeydir. Ya da Azərbaycanın hansısa dövlət xadimi və ya mədəniyyət-incəsənət xadimi rəhmətə gedəndə dövlət başçısı bununla bağlı başsağlığı verir, nekroloq imzalayır. Bunlar fərqli məsələdir. Amma birinin qayınanası, qayınatası ölüb, Allah rəhmət eləsin, başsağlığı yarışı başlayır, qəzetin bir hissəsi belə şeylərə sərf olunur. Başsağlıqları növbəyə düzülür. Zəng elə, başsağlığı ver, daha bunu başqasına niyə elan edirsən ki? İndi biz istəyirik bunu qanuni formaya salaq”.
Siyavuş Novruzovdan sensasion açıqlamalar - yas mərasimləri, rəsmi qəzetlərdə başsağlıqlarının dərci...

S.Novruzov dedi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər payız sessiyasında müzakirəyə təqdim oluna bilər: “Çalışacağıq ki, bu məsələləri qanuna daxil edək”.

Komitə sədri digər dəyişikliklərin də anonsunu verdi: “Deyək ki, haradasa yas məclisidir, amma insanlar işləyirlər, iş vaxtıdır. Maksimum müddət 10 dəqiqə olmalıdır. Gəldin, başsağlığı verdin, dur, get! Sən gəlib iki saat oturursan yas məclisində... Bəziləri dövlət məmuru, icra başçısı, polis rəisləridir, onların o qədər işi var ki. Əlacsızlıqdan gəlirlər, orada otururlar. Tez gedəndə deyirlər niyə məclisi tez tərk elədi? Belə şeylərlə insanların vaxtını almaq olmaz. İstəyirik ki, bütün bunların hamısını qanuna daxil edək və bu məsələlər birdəfəlik öz həllini tapsın”.

Milli Məclisin komitə sədri keçən il parlamentə göndərilən “Dini etiqad azadlığı haqqında” Qanunun nədən yaz sessiyasının müzakirəyə çıxarılmamasına da aydınlıq gətirdi: “Biz qanun layihəsinə baxdıq. Orada bütün məsələlər tam əksini tapmamışdı. Müəyyən məsələlər var ki, onlar layihədə əks olunmalı, həmin məsələlər öz həllini tapmalıdır. İndi layihənin üzərində iş gedir. Yəqin ki, payız sessiyasında qanun layihəsini işləyib, qəbul edəcəyik”.

YAP funksioneri qanun layihəsi ilə bağlı Milli Məclisin müvafiq komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında fikir ayrılığının olması haqda iddiaları təkzib etdi: “Biz hamımız qanun layihəsini birlikdə işləyib hazırlayırıq ki, yekunda qəbul olunacaq qanun insanların xeyrinə olsun. Yəni məsələlər həllini elə tapsın ki, insanlar xurafatdan uzaq olsun, inanclı insan öz inancı ilə hərəkət etsin, xurafatla yox”.

Qeyd edək ki, Azərbaycanda “ehsan qadağası”nın tətbiqindən 5 il zaman keçir. Ölkəmizdə yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başladı, ehsan süfrələrinin açılmaması tövsiyə olundu. Hətta bəzi yerlərdə qadağaya riayət edilməməsi ilə əlaqədar sərt tədbirlərə əl atıldı. Bir müddət bu sahədə normal durum yaransa da, sonradan ənənəvi vəziyyət bərpa olunmağa başladı.
Siyavuş Novruzovdan sensasion açıqlamalar - yas mərasimləri, rəsmi qəzetlərdə başsağlıqlarının dərci...

S.Novruzov dedi ki, bu məsələ də gündəmdədir: “Bu da bizim nəzərimizdədir. Bəzi yerlərdə məsələlər həllini tapıb. Məsələn, Naxçıvan Muxtar Respublikasında bu məsələ bütövlükdə həll olunub və artıq ənənə şəklini alıb. Bir dəfə ehsan verilir, o da 3 mərasimində, özü də bir saat müddətində. Həmçinin orada bir cür yemək ola bilər. Meyvə, digər nemətlər masaya qoyula bilməz. Ehsan masasında çay, limon, xurma, halva ola bilər. Bunlar da ehsan sayılır. Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub. Amma bəzi yerlərdə bu ənənəni pozurlar. Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində. Elə yerlər var ki, qazanc məqsədilə istifadə edirlər və insanlar arasında fərq yaranır. Hansı ki, insanlar arasında fərq olmamalıdır, hamı bərabərdir”.

Komitə rəhbəri qəbiristanlıqlardakı başdaşları ilə bağlı Nazirlər Kabinetinin qərarının olduğunu da vurğuladı: “Nümunəvi qəbiristanlıqların salınması ilə əlaqədar qərar verilib. Biz bunu qanun kimi qəbul etmək istəyirdik, sonra məsləhət oldu ki, Nazirlər Kabineti qərar versin. Çünki o yerləri Nazirlər Kabineti ayırır. Beləliklə, Nazirlər Kabineti qərar verdi. Şəhidlərin, Fəxri Xiyabanda dəfn olunanların məzarlarını çıxmaq şərtilə, digər qəbiristanlıqlarda məzar daşları eyni ölçüdə olmalı, nömrələnməli, kitaba işlənməlidir. İmkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək”.

Toy mərasimlərindəki ifratçılığa gəldikdə, S.Novruzov dedi ki, o, toy mərasimlərinə baxmır, bununla Sosial siyasət komitəsi məşğul olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar