Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dejavu haqqında bilmədiyiniz real həqiqətlər - Nİyə xatirələri təkrarlayırıq?

Tarix: 28-08-2019 22:09     Baxış: 3205 A- / A+
Dejavu haqqında bilmədiyiniz real həqiqətlər - Nİyə xatirələri təkrarlayırıq?


Bir şeyi ilk dəfə yaşamamağın verdiyi qəribə və həyəcanlı hissi hər kəs ömründə bir dəfə də olsa, yaşayıb. Fransız dilində "çoxdan görülmüş" anlamına gələn "dejavu" insanlarda əsrarəngiz bir hissiyyat yaradır.

Manevr.az xəbər verir ki, yeni araşdırmalara görə, hər şey elə bu qədərdir. Dejavu sadəcə bir hissdir.

Bu durumu açıqlamaq üçün fövqəltəbii açıqlamalar verildiyi kimi (təbii ki, elm adamları tərəfindən deyil), qəribə və narahatlıq verən an olduğu da deyilir. Ancaq bu açıqlamalardan ən məntiqlisi yaddaş ilə bağlıdır. Dilimizin ucunda olan bir söz kimi, xatirələr də zehnimizin bir ucunda durur. Oradadır, ancaq siz ona gedib çata bilmirsiniz.

Bu mövzunu ələ alan Kolorado Universitetinin psixoloqu Anna Kleari dejavunun hisslərdən başqa təsir doğrumadığını deyir. Dejavu yaşayan bir insan irəlidəki divarın arxasında nə görəcəyini kor-koranə təxmin edən insandan daha aydın biri deyil. Digər elm adamları dejavunun xatirələrlə əlaqəsi olduğunu da təsbit edib. Ancaq Klearinin dejavunu xatirələrlə bağlaması teoremi bəznərliyin əsas açar olduğunu üzə çıxarır.

Xatirə ilə bağlı olmadan anidən ağla gələn küçə və ya məkan dizaynı, hətta bir insan üzü, fərqli yerə, məkana və ya başqa üzə bənzəyə bilər.

Kleari mövzu ilə bağlı bunları deyir: "Öncəki səhnəni şüurlu olaraq xatırlaya bilməsək də, beynimiz bənzərliyin fərqində olur. Bu da öncədən hiss etdiyimiz narahatlıq verən hissin öhdəsindən gəlsə də, nə zaman, ya da niyə olduğunu təsbit edə bilmir. Üzərində işlədiyim fərziyyə dejavunun, aşinalığın fərqli bir əlaməti olduğuna dairdir. Aşina olmamağımız lazım olduğu halda aşina olduğumuz bir durum buna görə çox sarsıdıcıdır.

Kleari əvvəlki sınaqlarına əlavə olaraq 298 insandan istifadə edərək yeni sınaq keçirib. Komanda "The Sims" oyununda bağça və zibilxana kimi məkani olaraq eyni amma məzmun olaraq fərqli olan mühit yaratmağa başlayıb. Digər çalışmalarda bu tərz nümunələrin sınaq iştirakçılarının dejavu hissinə təsir etdiyini təsdiqləyib.

Bu yeni çalışmada sınaq iştirakçıların hər birinin birinci ağızdan qadın səsi ilə açıldığı və zibilxana, ya da akvarium kimi səhnələrin adlarının təkrar edildiyi bir sıra səhnə izləmək tapşırığı verilib. Daha sonra test videolarında səthi, lakin yarısı eyni şəkildə dizayn edilən videolar göstərilib. Önəmli bir nöqtədə iştirakçılar saxlanılıb və dejavu yaşayıb yaşamadıqları soruşulub. Növbəti mərhələdə isə nələr olacağına dair sual verilib. İştirakçıların, təxminən, yarısı dejavu ilə yanaşı, 6-cı hissiyyatlarını da izah edib, amma tısadüfi seçilənlərdən daha çox doğru cavabın nə olduğunu bilməyiblər. Buna görə də gələcəyi təxmin etmək deyilən bir məfhum yoxdur.

Insanlar hadisələrdən sonra nə olacağını bildiklərinə inansalar da, Kleari və komandası dejavunun daxili hissiyyat ilə birlikdə hərəkət edib-etmədiyini öyrənmək üçün sınaqlarına davam edəcəklərini deyiblər. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar