Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Payızda qiymət artımları olmayacaq – TƏHLİL

Tarix: 25-08-2019 20:34     Baxış: 3153 A- / A+
Payızda qiymət artımları olmayacaq – TƏHLİL

Ölkədə istehlak qiymətlərinin indeksi sabitdir. Mövsümü vəziyyətlə bağlı bəzi qalxıb-enmələr ola bilər və bu təbiidir. Məsələn, hava şəraiti ilə bağlı meyvə-tərəvəz bazarında qiymətlər oynaya bilər. Məsələn, 2 ay öncə pamidorun qiyməti 2 manat idisə, 50 qəpiyə qədər ucuzlaşıb – düz 4 dəfə. Meyvə-tərəvəz bazrında qiymətlər mövsümü amillərdən asılı olaraq fəyişə bilir – bu normaldır.

Manevr.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Qadir İbrahimli bildirib. O əlavə edib ki, ölkədə ciddi qiymət artımları üçün iqtisadi əsaslar yoxdur. Birincisi, enerji daşıyıcılarının, kommunal xidmətlərin bahalaşması ilə bağlı heç məlumat yoxdur. "Hökumətin davranışlarından da bəlli olur ki, bu seqmentlərdə qiymət artımları gözlənilmir. Təbii inhisarlarda qiymət artımı gözlənilmirsə, bazarın başqa seqmentlərində də ciddi qiymət artımlarının baş verəcəyi ilə bağlı proqnozlar heç bir tənqidə dözmür və əsassızdır.

İkincisi, sentyabrın 1-dən minimum əmək haqqı və pensiyaların artımı ilə bağlı dövriyyədə pul artımının artması da böyük bahalaşma riski yarada biməz. Düzdür, dövriyyədə pul kütləsinin artımı inflyasiya riski yaradır. Ancaq indiki halda minimum əmək haqqı və pensiyaların artımı əhalinin kasıb təbəqəsini əhatə etdiyindən, ciddi risklərdən danışmağa dəyməz.

Üçüncüsü, qiymət artımında hökumətin özü də maraqlı deyil. Bu yaxınlarda ilin birinci yarısının yekunları ilə bağlı keçirilən müşavirədə prezident xüsusi vurğuladı ki, süni qiymət artımlarının qarşısı alınmalıdır. Baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüatı naziri İnam Kərimovun bazarlarda reydlər keçirməsi də göstərir ki, hökumətin məqsədi süni bahalaşmanın qarşısını almaqdır.

Nəhayət, istehlak bazarında qiymətlərin sabitləşdiyi dövrdür. Xüsusilə də meyvə-tərəvəzin. Bu baxımdan payızda qiymələrin artacağı ilə bağlı proqnozlar heç bir tənqidə dözmür. Ona görə də “payızda qiymət artımları başlayıb aprelə qədər davam edəcək” proqnozunun heç bir iqtisadi əsası yoxdur.

Ümumiyyətlə, ciddi qiymət artımları ilə bağlı poqnozlar iqtisadi amillərə yox, siyasi konyukturaya hesablanıb. Təbii ki, qiymətlətin tam sabit qalacağını iddia etmək olmaz. Məsələn, dünya bazarında bahalaşma olacaqsa, idxal məhsullarının başalaşmasını istisna etmək olmaz. Ancaq daxili amillərə görə heç bir halda ciddi bahalaçma gözlənilmir, ən başlıcası isə hökumət bunda maraqlı deyil, əksinə, hökumət bazara təsir edib ucuzlaşa yaratmaqda maraqlıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar