Xəbər lenti
Nazirlikdən əhaliyə müraciət: Onu qoruyun!
Dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Planetin 20 faizini oksigenlə təmin edən Amazon meşələri yanır. Qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə də meşə sahələrində yanğınlar var və heç bir ölkə meşə yanğınlarından sığortalanmayıb. Bəzi ölkələrdə yanğınlara görə fövqəladə vəziyyət elan edilib. Lakin şükürlər olsun ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə geniş miqyaslı yanğınlar baş verməyib. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq.
Manevr.az xəbər verir ki, bu fikirləri axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, meşə yanğınlarının səbəbləri ilə bağlı araşdırmalar göstərir ki, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş veri: “Bununla da dövlətimizin büdcəsinə milyonlarla ziyan dəyir. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində qalmalıdır. Ötən günlərdə Hirkan Milli Parkında və Yardımlı meşələrində baş verən yanğınların qarşısının alınmasında sözün həqiqi mənasında qəhrəmanlıq göstərən, yanğının geniş ərazilərə yayılmasına imkan verməyən hər kəsə, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinə - Rza Xudiyevə, Müsəddiq Əsədova, Seymur Qaraşova, Zahid Rəhimova, Emil Kərimova, Rüstəm Quliyevə, Nail Əbilova, Cabir Babaşova, Şahin Cəfərova və Qabil Nemətova, Lənkəran rayonun Təngivan kəndinin, Lerik rayonunun Bobla və Ancəqəv kəndlərinin, Yardımlı rayonunun Bərcan, Ləziz, Çanaqbulaq, Şıxlar, Porsoba, Alaşar, Buravar kəndlərinin, Masallı rayonunun Züvand, Yelağacı kəndlərinin sakinlərinə, nazirliyimizin əməkdaşlarına bütün təbiətsevərlər adından və Nazirliyimiz adından böyük təşəkkürümüzü bildiririk. Onlar 2 gün ərzində isti havada, gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb əsil fədəkarlıq göstərərək yanğını söndürdülər, yayılmağa qoymadılar. İnanın, biz yanğın məsələsindən o qədər narahatıq ki, haradasa baş verən yanğın xəbərini böyük bir fəlakət kimi qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Meşələrimizdə yanğınların baş verməməsi üçün hər kəs diqqət göstərsin və oksigen mənbəyimiz olan meşələri var gücü ilə qorusun”.
Nazirliyin sözçüsü media nümayəndələrinə də minnətdarlığını bildirib: “Media nümayəndələrinə minnətdarıq ki, hər zaman olduğu kimi meşə yanğınlarına xüsusi diqqətlə yanaşır, yanğın təhlükəsizliyi qaydalarının təbliğ olunmasında nümunə göstərir".
“Biz yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkəcəyik, meşəbərpa tədbirləri aparacağıq və bu işə yaxınlıqda yaşayan sakinləri də cəlb edəcəyik ki, meşələrin yanğından qorunmasında və ümumi mühafizəsində bizimlə birgə olsunlar. ETSN əhaliyə müraciət edir: Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”, - deyə İ.İbrahimova qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar