Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazir müavini və oğlunun yeni əməlləri üzə çıxdı

Tarix: 22-08-2019 09:58     Baxış: 4159 A- / A+
Keçmiş nazir müavini və oğlunun yeni əməlləri üzə çıxdı


Azərbaycan Ali Məhkəməsi 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə 11 il (2004-2015) Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olmuş Arif Əsgərov haqqında qərar çıxarıb.

Qərar belədir ki, keçmiş nazir müavini və oğlu Elnar birlikdə Əmanətlərin Sığortalanması Fonduna 92 min 622 dollar pul ödəməlidir. Səbəb isə Elnar Əsgərovun hələ atası nazir müavini olan dövrdə - 2015-ci ilin noyabrında «Dəmirbank»dan götürdüyü krediti qaytarmamasıdır. Atası bu kreditin qaytarılacağına zaminlik elədiyinə görə borcu qaytarmaq öhdəliyi onun da üzərinə qoyulub.

Keçmiş nazir müavini və oğlunun yeni əməlləri üzə çıxdı


Elnar Əsgərovun bankdan krediti hansı məqsədlə götürdüyü məlum deyil. Amma ehtimal edir ki, bu borclanma nazir müavininin oğlunun adı keçən milyonlarla dollarlıq dələduzluq işi ilə bağlı olub. Həmin dələduzluq sxeminə görə Elnar Əsgərovun iki xalası oğlu həbsdədir.

Keçmiş nazir müavinin Emin və Rahib Hüseynov adlı qohumları "Azərbaycan Dəmir Yolları” üçün yataq dəstələri və digər mallar alıb dəyərindən dəfələrlə baha satmaq, beləliklə də yaxşı qazanc götürmək adı altında müxtəlif adamları aldatmaqda, onların on milyonlarla manatını mənimsəməkdə təqsirli biliniblər. İş üzrə zərərçəkənlərin sayı 50-yə yaxındır.
Lakin məhkəmədə Hüseynov qardaşları bildirmişdilər ki, onların bu sxemdə rolu həlledici olmayıb-pullar yığılıb Elnar Əsgərova verilirdi. Adamları aldadanın əslində Əsgərov olduğunu deyən Hüseynov qardaşları Arif Əsgərovun "Bandotdel”də zərərçəkənlərin bir neçəsinə milyonlarla dollar ödədiyini də demişdilər. Ehtimal ki, banklardan borclanmaq da məhz zərərçəkənlərin pullarını qaytararkən lazım gəlib.

Virtualaz.org xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində ata və oğul Əsgərovlar haqqında qiyabi qətnamə çıxarılıb. Məhkəmənin onların üzərinə qoyduğu 92 min 622 dolların 86 min 026 dolları əsas borc, 6 mi 595 dolları faiz, 1 dolları isə cərimə borcudur.
Əsgərovlar bu qərardan xəbər tutandan sonra etiraz ediblər. Onların fikrincə, bu məsələyə Binəqədi Rayon Məhkəməsi baxa bilməzdi. Şikayət veriblər ki, bu iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin, orada yenidən baxılıb qərar verilsin. Ancaq onların şikayətləri təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Sabiq nazir oğlunun bir neçə bankdan götürdüyü kreditləri qaytarmadığı iddia olunur. «Dəmirbank»la yanaşı, «Bank of Baku» və «Bank Standard» (bu bankın lisenziyası ləğv olunduğuna görə iddiaçı qismində onun ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondudur) da ondan məhkəməyə şikayət edib.

«Bank of Baku»nun iddiası üzrə prosesdə E.Əsgərovun vəkili etiraz edib ki, bu işə Binəqədi rayon Məhkəməsində yox, Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Çünki E.Əsgərov Binəqədi rayonunda qeydiyyatda olsa da, faktiki Nərimanov rayonunda yaşayır. Amma bu şikayətlər təmin olunmayıb, yuxarı instansiyalar da qərar verib ki, «Bank of Baku»nun şikayətinə elə Binəqədi rayon Məhkəməsində baxılmalıdır.

Əmanətlərin Sığortalanması Fondunun «Bank Standard»a borca görə E.Əsgərova qarşı qaldırdığı iddia üzrə iş isə hazırda Ali Məhkəmədədir.qaynarinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar