Xəbər lenti
Atası ali təhsil almasın deyə attestatını gizlətdi, o isə evi tərk etdi
Azərbaycanda ata universitetə qəbul olan oğlunun attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyib, oğul evi tərk edib.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dillər Universiteti Sənəd Qəbulu Komissiyasının üzvü Elşən Qəhrəmanoğlu verib.
E. Qəhrəmanov hadisənin təfərrüatını sosial şəbəkədə yazıb:
"Şəkildə gördüyünüz cavan oğlan Bağılı Orxandır. Orxanın 18 yaşı var. Orxan öz savadı, öz istəyi və öz əzmi ilə ADU-nun Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Orxanı digərlərindən fərqləndirən, bizi isə üzəcək bir məqam var idi. “ATA”sı Orxanın attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyirdi. Orxanla kiçik də olsa dialoqumuz oldu. Deyir ki, mən ixtisas seçimi edib gedib evdə dedim ki, kodlaşdırmanı etmişəm. Atam isə dedi sən universitetə qəbul olmayacaqsan. Əgər olsan bizlə yaşamayacaqsan! Avqustun 8-i nəticələr açıqlananda isə atası yenidən eyni şeyi deyib. Orxan isə cavabında mənim heç sənə ehtiyacım yoxdur deyərək evi tərk edir. Orxan attestatı ilə bağlı polisə müraciət edib, atası isə cavabında Orxanı şikayət etməyə cəhd edib ki, evdən sənəd oğurlayıb. Hə bu arada özündən böyük qardaşları da təhsil almayıb, amma danışığından belə başa düşdüm ki, qardaşları ona əks mövqedə deyillər. Orxan ödənişli əsaslarla universitetə qəbul olub ödənişi isə 1000 manatdır. Deyir mənə lazım deyil heç o. Öz maaşım 400 manatdır və hər ay 84 manat yığsam mən təhsil haqqımı toplaya bilirəm. Bəli, şəkildə gördüyünüz kimi biz Orxanı qeydiyyatdan keçirdik. Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti də öz dəstəyi ilə Orxanın yanında oldu. Amma Orxanın əzmi, iradəsi, təhsil almaq eşqi hər şeydən üstündür. Belə gənclərimiz olduqca günəşli günlər görəcəyik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar