Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

AQTA-dan YENİ LAYİHƏ: məktəblilər südlə təmin olunacaq

Tarix: 19-08-2019 23:11     Baxış: 5190 A- / A+
AQTA-dan YENİ LAYİHƏ: məktəblilər südlə təmin olunacaq

Qida Təhlükəsizliyi Agentliyi uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə “Sağlamlıq üçün süd için” adlı yeni pilot layihəyə start verəcək.

Agentlikdən verilən məlumata görə, layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulub.

İlkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək layihə, daha sonra respublikamızın digər bölgələrində də reallaşdırılacaq.

Pilot layihəyə hazırlıq tədbirləri zamanı AQTA mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər keçiriləcək.

Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmannasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar