Xəbər lenti
Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr: Quda-quda
Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr: "Quda-quda"Keçmişdə Şəki-Zaqatala bölgəsində qız toylarında "Quda-quda" və ya "Qız qaçırtma" adlı elçilik mərasimini təsvir edən əyləncəli bir tamaşa da oynanı lardı. Tamaşada 6 qız iştirak edirdi. İki dəstəyə ayrılan iştirakçılardan üçü əvvəlcə meydana çıxaraq xorla oxuyurdu:
Ay quda-quda, can quda, canciyərim quda,
Elçi yar olsun quda, sirrin nar olsun, quda!
Qız almağa gəlmişik, naz almağa gəlmişik,
O qızı bizdən eyləmə, köynəyi candan eyləmə.
Qız pərini ver gedək, naz pərim ver gedək.
Qız adamları hər dəfə "Atası, anası öydə yoxdu","Əmisi, qardaşı öydə yoxdu" deyərək oxumağa başlardılar:
Bizdən sizə söz olmaz, nazpərini vermərik.
Bizdən sizə qız olmaz, nazpərini vermərik!
Üçüncü dəfə gələndə artıq elçilər yalvarmağa başlayırdılar:
Yaxandakı bitin olum.
Qapındakı itin olum.
Təndirdəki kütün olum.
O qızı bizdən eyləmə.
Köynəyi dizdən eyləmə.
Nazpərini ver gedək.
Qız pərini ver gedək.
Qız evi rolunda çıxış edən qızlar isə cavabında:
Qapımdakı itim olma.
Yaxamdakı bitim olma.
Təndirdəki kütüm olma.
Nazpərini vermərik,
Qız pərini vermərik!
deyə oxuyardılar. Bundan sonra oğlan adamları:
Cəhənnəmə ver. göra ver,
Ayrana ver, şora ver!...-
deyərək qızı zorla qaçırardılar. Qızı qaçırandan sonra qudalar birlikdə meydana çıxaraq oxuyurdular:
Haylı quda, huylu quda,
Kaşdı quda, huşdu quda!...
Hər iki tərəf bu misraları bir neçə dəfə təkrar edərək səhnədən gedirdilər. Bir azdan yenə geri gələrək oxuyurdular:
Bu dərəni aşmaq olmaz,
Zarıncı başmaq olmaz!
Bu qədər küsülü qalıb
İndi barışmaq olmaz!
Buraya çatanda məclisdə əyləşən qız-gəlinlər "qudaları" barışdırış qucaqlaşdırardılar. Bununla da tamaşa
bitərdi.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar