Xəbər lenti
Kirayə evlərin qiyməti qalxdı - VİDEO
Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Ali məktəblərə yeni qəbul olunan tələbələrin qeydiyyatının başlanması ilə kirayə mənzil bazarında canlanma yaranıb. Daha çox köhnə tikililərdə mənzillərin qiyməti artıb.
Üstəlik, tələbatın çox olması nəticəsində ev tapmaq çətinləşib. Yeni dərs ilinin başlaması hər il olduğu kimi bu il də kirayə mənzil bazarını canlandırıb. Bakının bütün rayonlarında, xüsusilə də metrostansiyalara və ali məktəblərə yaxın yerləşən ərazilərdə evlərin qiymətində arım var.
Ali məktəbə qəbul olub rayonlardan paytaxta oxumağa gələn tələbələrin sözlərinə görə, normal şəraiti olan evlərin qiyməti yüksəkdir.
Rieltorlar isə deyib ki, artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə, metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. May və iyın aylarında 200-250-manata təklif edilən evlərin qiyməti indi 350-400 manata qədər bahalaşıb.
Qeyd edək ki, tələbatın çox olmasına baxmayaraq kirayə verməyə ev də tapılmır.
Əmlak eksperti Nüsrət İbrahimov deyib ki, 5 il əvvəllə müqayisədə kirayə mənzil təklifində 2 dəfəyə qədər azlma var. Buna səbəb paytaxtın bir sıra rayonlarında pilot layihə çərçivəsində köhnə binaların sökülməsidir.
Ekspert bildirib ki, sentyabr ayının sonuna kimi kirayə mənzil bazarında qiymətlər belə qalacaq. Daha sonra yenidən qiymətlərin düşməsi ehtimalı var.xezerxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar