Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Otellərlə bağlı bunları bilirsinizmi? - Ekspert

Tarix: 16-08-2019 08:50     Baxış: 3170 A- / A+
Otellərlə bağlı bunları bilirsinizmi? - Ekspert

Otellərin müxtəlif təsnifat sistemləri var, lakin dünyada ən çox qəbul edilən təsnifat sistemi “ulduz”dur. Turistlər otel seçərkən ilk növbədə məhz ulduz sayına diqqət edirlər. Ulduz nə qədər çoxdursa, otelin təqdim etdiyi xidmətlər, rahatlıq, keyfiyyət də bir o qədər yüksək səviyyədədir. Ancaq bu gün həm yerli, həm də xarici otellərin əksəriyyəti saxta yollarla ulduz sayını artırır. Bu da turistlərin otel seçərkən aldanmasına və xəyal qırıqlığına uğramasına səbəb olur.

Mövzu ilə bağlı axar.az-a açıqlama verən Otellər və Restoranlar Assosasiyasının idarə heyətinin sədri Samir Dübəndi bildirib ki, hər bir otel sahib olduğu ulduz sayına görə xidmət göstərməyə borcludur.

“Hər bir otel göstərdiyi xidmətlərin, təmizliyin yüksək səviyyədə olmasına nəzarət etməlidir. Ulduz sayının az olması o demək deyil ki, oteldə keyfiyyətli yemək verilməyə bilər və ya natəmizlik olması normaldır. Bir, iki ulduzlu otellər də yüksək xidmət göstərməyə borcludur. Ulduz sayından asılı olmayaraq, hər oteldə təmizlik yüksək səviyyədə, yeməklər keyfiyyətli və yeni olmalıdır. Otellər üçün minimal tələblər var. Məsələn, nömrədəki sanitar qovşağın gün ərzində təmizlənməsi, çarpayının səliqəyə salınması kimi minimal tələblər hər hansısa az ulduzlu oteldə göstərilmirsə, ümumiyyətlə, o yerə otel demək düzgün deyil. Təmizlik və gigiyenik qaydalara riayət bütün kateqoriyalı otellərdə vacib şərtdir. Bundan başqa, bütün avadanlıqlarının işlək vəziyyətdə olması hər otel üçün vacibdir. Məsələn, işıq sistemi, soyuducu, kondisioner, televizor, telefonun işləməsi şərtdir”, - S.Dübəndi bildirib.

Ekspertin sözlərinə görə, otellərin qeydiyyat və qəbul mərkəzi olan resepşnın iş saatı otelin ulduz sayına görə dəyişir:

“5 ulduzlu otellərdə resepşn 24 saat ərzində açıq olmalıdır. Ancaq 4 ulduzlu oteldə qeydiyyat və qəbul mərkəzinin açıq olma müddəti 16 saatdır. 3 ulduzlu oteldə 14 saat, 2 və 1 ulduzlu otellərdə isə bu mərkəzin iş saatının olması ilə bağlı müddət yoxdur. Bundan başqa, otelin ulduz kateqoriyası çox dil bilən qəbul mərkəzi əməkdaşlarına görə də müəyyən edilir. Məsələn, Azərbaycanda 5 ulduzlu otel əməkdaşlarının yerli dildən başqa rus, ingilis və daha bir dili bilməsi minimal tələbdir. Həmçinin, 5 ulduzlu otel üçün yükdaşıma xidməti əməkdaşlarının olması da vacib şərtlərdəndir. Ancaq daha az ulduzlu otellərə bu tələb şamil edilmir. Ancaq istək olacağı təqdirdə otel bu xidməti göstərə bilər”.

S.Dübəndi bildirib ki, hətta 5 ulduzlu otellərdə ütü xidməti göstərmə kimi tələb də var. Daha az ulduzlu otellərdə belə xidmət şərt deyil:

“Standarta görə, ütü xidməti göstərmək və 1 saat ərzində geyimi təhvil vermək 5 ulduzlu otellər üçün minimal tələbdir. Həmçinin 5 ulduzlu otel üçün camaşırxana, ütü xidməti və çatdırılma (9 saat ərzində) vacib şərtdir. Ancaq daha az kateqoriyalı otellərə bu şamil olunmur. Dərzi xidməti isə həm 4, həm də 5 ulduzlu otellər üçün vacibdir. Gündəlik pressa, çap nəşrləri, qəzet və jurnalların son buraxılışlarının olması 4 və 5 ulduzlu otellər üçün əsas şərtdir. Çarpayının rahatlığı da ulduz sayına əsasən dəyişə bilir. Məsələn, 1-2 ulduzlu otellərdə 13 santimetr hündürlüyü olan müasir döşəklərin olması tələb olunursa, 3, 4, 5 ulduzlu otellərdə bu tələb minimum 18 santimetrdir. Burada yataqların ölçüsü də önəmlidir. Çarpayının həm uzunluğu, həm də eni hər kateqoriyaya görə dəyişir”.

S.Dübəndi əlavə edib ki, 2 ulduzdan yuxarı ulduz kateqoriyasına daxil olan bütün otellərdə internet xidmətinin olması şərtdir:

“Standartda belə bir şey göstərilir ki, böyük bir ərazidə (otelin daxili ərazisi nəzərdə tutulur) internetə çıxış üçün daxili şəbəkə qurulmalıdır. Bu şərt 2 ulduzdan yuxarı kateqoriyalı bütün otellərə şamil olunur.

Bu şərt nömrələrə daxil deyil. Yəni 2 ulduzdan yuxarı ulduza malik olan bütün otellərdə böyük bir ərazidə otelin olması şərtdir. Bundan başqa, 3, 4, 5 ulduzlu otellərdə isə ayrıca hər bir nömrədə internetə çıxış minimal tələbdir. Otel daxilində material çap etmək isə 4 və 5 ulduzlu otellər üçün minimal tələbdir. 4 və 5 ulduzlu otellərdə, məsələn, bir qonağın noutbukunda istənilən məlumatı həm internet vasitəsilə əldə etmək və onu çap etmək imkanı olmalıdır. Əgər turist tələb edirsə, nömrədə internet avadanlığının quraşdırılması 5 ulduzlu otellərin xidmətinə daxildir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar