Xəbər lenti
Azərbaycan Banklar Assosiasiyası ilə Rusiyanın Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyətinin bank olmayan ödəniş xidməti təchizatçıları, o cümlədən pul köçürmə sistemləri, elektron pul təşkilatlarının fəaliyyətinin təşkili, habelə maliyyə bazarları sahəsində fintexlərin iştirakı və ödəniş ekosistemində qanunvericilik bazasında aparılan son islahatlar üzrə mövcud təcrübənin mənimsənilməsi məqsədilə Rusiya Federasiyasına rəsmi səfəri baş tutub.
Verilən məlumata görə, “Zolotaya Korona” pul köçürmə sisteminin rəhbərliyi ilə keçirilən görüşdə pul köçürmələri sahəsində innovativ texnologiyaların tətbiqi, pul köçürmələri üzrə ölkə qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bank mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının daha da artırılması, banklarda pul köçürmələri üzrə risk əsaslı nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətləri müzakirə edilib.
Səfər çərçivəsində Rusiya Federasiyasının Fintex Assosiasiyası ilə baş tutan görüş zamanı məsafədən eyniləşdirmə prosedurunun tətbiqi, təcili ödənişlər sisteminin fəaliyyəti, habelə bank sistemində açıq bankçılıq texnologiyası (Open API) üzrə müzakirələr aparılıb.
Müzakirələr çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Rusiya Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi zərurəti diqqətə çatdırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar