Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra hakimiyyəti orqanlarının əməkdaşlarının maaşları artırılıb

Tarix: 12-08-2019 10:44     Baxış: 3214 A- / A+
İcra hakimiyyəti orqanlarının əməkdaşlarının maaşları artırılıb

İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Manevr.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, regional mədəniyyət idarələrində, Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələrində mövcud olan baş mühasiblər istisna olmaqla, baş mühasiblərin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavininin maaşı 315 manatdan 440 manata, bölmə rəhbəri və qrup rəhbərinin maaşı 308 manatdan 430 manata, böyük mühasib və böyük iqtisadçının maaşı 303 manatdan 420 manata, aparıcı mühasib və aparıcı iqtisadçının maaşı 297 manatdan 410 manata, mühasib və iqtisadçının maaşı 292 manatdan 405 manata, böyük xəzinədar və kompüter üzrə mütəxəssisin maaşı 270 manatdan 375 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, xəzinədar, katibə və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar