Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sellərin yayılma arealı 2 dəfə artıb

Tarix: 09-08-2019 08:55     Baxış: 4141 A- / A+
Azərbaycanda sellərin yayılma arealı 2 dəfə artıb

Selə aid statistik göstəricilərin təhlili göstərir ki, son 20 ildə respublika ərazisində sel hadisəsinin təkrarlanması 3 dəfə, sel ocaqlarının sahəsi və onların yayılması arealları 1,5-2 dəfə artıb.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, son 100 ildə Azərbaycan çaylarında 675 sel hadisəsi baş verib və ölkə iqtisadiyyatına orta hesabla 1,3-1,5 milyard manat həcmində zərər dəyib.

N.Paşayev əlavə edib ki, Azərbaycan üzrə əhalisi 1,2 milyon nəfər olan 561 yaşayış məntəqəsi selə məruz qalır: "Selə məruz qalan ərazilərə Şəki, Zaqatala, Qax, Balakən, Naxçıvan, Ordubad, Culfa, Quba, Qusar, Şabran, Göyçay, Ağsu, Masallı, Lənkəran və Astara daxildir. Azərbaycanda sel prosesinin yaranması üçün ən aktiv dövr aprel-may, iyul-avqust və sentyabr-oktyabr ayları sayılır. Respublika ərazisində baş verən sellərin 67,8 faizi və ya 458-i Böyük Qafqazın, 17,6 faizi və ya 119-u Naxçıvan Muxtar Respublikası, 12,1 faizi və ya 82-si Kişik Qafqazın, 2,5 faizi və ya 17-si Lənkəran-Astaranin payına düşür".

Şöbə müdiri deyib ki, Azərbaycanda Böyük Qafqazın cənub və şimal-şərq yamaclarının, həmçinin Naxçıvan Muxtar Respublikasının çaylarında demək olar ki, hər il Kiçik Qafqazın və Talış dağlarının çaylarında isə vaxtaşırı güclü sellər baş verir.

N.Paşayev qeyd edib ki, insanların ətraf mühitə müdaxiləsi artdığı üçün əvvəl respublika ərazisində sel hadisəsi hər 5-10 ildən bir baş verirdisə, son illərdə bu proses intensivləşərək 3-5, bəzi çaylarda hətta hər il təkrarlanır.

Alim əlavə edib ki, son 30 ildə meşələrin qırılması, meşə ilə örtülü ərazilərin 20-30 faiz çılpaqlaşması, otlaq və bicənəklərin normativdən 3-4 dəfə çox yüklənməsi, selli çay hövzələrinin əkinə cəlb edilməsi sellərin formalaşmasında və intensivləşməsində xüsusi rol oynayır.trend


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar