Xəbər lenti
Bu qoxular iş yerində stresi azaldır
Qoxuların müxtəlif yollarla insan davranışlarına, iş fəaliyyətinə və əhaval-ruhiyyəsinə təsir etdiyini bir çoxumuz bilmirik.
Manevr.az xəbər verir ki, qoxuların düşüncə və davranışlarımıza ciddi təsir etdiyini bildirən türkiyəli aromaterapist Leyla Çakır qoxu və iş yerində səmərəli çalışmaq arasındakı əlaqə haqqında məlumat verib.
“İşçilərin yorğun, halsız və fikirləri dağınıq olmaları tez-tez rast gəlinən bir haldır. Bundan başqa belə şəraitdə öyrənmək, xatırlamaq, planlamaq və hislərinə nəzarət etmək çətin olur.
İnsanlar xoşladıqları qoxuya məruz qaldıqları məkanlarda yaradıcı problemləri həll etmək bacarıqları qoxusuz məkanlara nisbətən daha yüksək olur. Xoş qoxular sıxıcı işlər zamanı diqqəti cəmləməyi asanlaşdırır. Pis qoxuya məruz qalanlar isə qərar vermə zamanı çətinlik yaşayar və xəyal qırıqlığı qarşısında daha dözümsüz olurlar.
Sitrus qoxusu
Limon diqqəti toplama kömək edir, əhval ruhiyyəni artırır. Qreyfurt qoxusu zehni yorğunluqla mübarizə aparır. Portağal streslə mübarizə aparmağı asanlaşdırır. Bundan başqa portağal qoxusu narahatlığa qarşı istifadə oluna bilər və xoşbəxtlik qoxusu olaraq tanınır.
Yasəmən
Maddələr mübadiləsini sürətləndirir və yüngül şirin qoxu yayaraq əhval-ruhiyyəni artırır. Bu çiçək qoxusu güvən hissi yaratmaq və motivasiyanı artırmaq üçün istifadə oluna bilər.
Alman çobanyastığı
Adətn insanlar çobanyastığı qoxusundan axşamlar evdə rahatlamaq üçün istifadə edirlər və həqiqətən belə bir təsiri var. Çobanyastığı qoxusu qayğıları azaldır, stres və yuxusuzluğun müalicəsinə kömək edir.
Nanə
Enerji verir, təravətləndirir və diqqəti toplamağa kömək edərək zehni canlandırır.
Bibəriyə
Təmiz düşünməyə kömək edir, yaddaşı gücləndirir, zehni canlandırır. Bibəriyə qoxusunun diqqəti artırdığına dair elmi çalışmalar da mövcuddur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar