Xəbər lenti
“Baş nazirin manevr imkanları tükənmək üzrədir” – Tural Turan
“Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın 15 aylıq hakimiyyəti erməni xalqı üçün ciddi heç nə ilə yadda qalmadı. Doğrusu, Paşinyanın xalqa ciddi nəsə verəcəyi də gözlənilmirdi. Amma eyforiyaya qapılmış kütlələr küçədən tutub kürsüyə gətirdikləri adamdan “sehrbaz müdrikliyi” gözləyirdilər. İndi Gümrüdə, baş nazirin doğulduğu İcevanda şərab zavodunun işçiləri maaş ala bilmədikləri üçün etiraza başlayıblar. Günahkar qismində hökuməti ittiham edirlər. Əslində Paşinyan da vaxtilə verdiyi vədlərə görə peşmandır”.
Manevr.az xəbər verir ki, bunu açıqlamasında Ermənistanda baş verən son hadisələri şərh edərkən siyasi ekspert Tural Turan deyib. Ekspertin sözlərinə görə, hazırda işsizlik səviyyəsi 29 faizi ötüb: “Nikol Paşinyan hakimiyyətə gələndə rəsmi statistikaya görə ölkənin əmək qabiliyyətli əhalisinin 25 faizi işsiz idi. İndi bu rəqəm 4 faiz də artıb. Qİşğalçı ölkədəki qeyri-hökumət təşkilatları isə işsizlik səviyysənin 31-32 faiz arasındadır. MDB məkanında Ermənistan işsizlik səviyyəsinə görə 3-cüdür. İndi yoxsul xalq Ermənistanın baş nazirindən heç olmasa, verdiyi vədlərin yarısını gerçəkləşdirməyi tələb edir. 15 ay ərzində xalqa populist vədlər verən baş nazirin artıq manevr imkanları da tükənmək üzrədir”.
Tural Turanın fikrincə Moskva “Qazprom olayı”ndan sonra İrəvana açılan qapıları qismən bağlayıb. Ekspert deyir ki, Türkiyə və Azərbaycanla sərhədlər onsuz da qapalı idi. İranın isə hazırda Ermənistana yetərincə güzəştli maliyyə kreditləri ayırmaq üçün imkanları yoxdur: “Üstəlik, ABŞ amili də Paşinyanın cənub qonşusuna yaxınlaşmağa imkan vermir. Gürcüstan isə özü maliyyə məngənəsində sıxışmış vəziyyətdədir. Yəni, Nikol Paşinyan indiki halda diqqəti Dağlıq Qarabağ cəbhəsinə yönəldə bilər ki, bu da o qədər ağılabatan deyil. Çünki “Qarabağ klanı”nı dəstəkləyən separatçılar Paşinyana 15 ay ərzində gənəşməyiblər. Aralarındakı ixtilaf getdikcə daha da dərinləşməkdədir. Hətta iş o yerə çatıb ki, Paşinyan Cəbrayıla hərbi xidmətə göndərdiyi oğlunu da “arxaya” çəkdirdi. Bir sözlə, Ermənistan növbəti rəngli inqilaba hamilədir. Bu inqilabın atasının kimliyi isə çox keçmədən bəlli olacaq. Hazırda Nikol Paşinyan üçün əsas rəqiblərdən biri “Vahid Ermənistan” blokunun həmsədri Ahoran Adibekyanla Serj Sarkisyan hökumətinin maliyyə donoru, keçmiş deputat Qagik Tsarukyandır. Gedişatın hansı səmtə dəyişəcəyini isə bu dəfə xalq yox, “üçüncü əl” müəyyənləşdirəcək. Çünki xalq artıq seçiminin düzgün olmadığını anlamağa başlayıb”.
Emil Rasimoğlu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar