Xəbər lenti
Azərbaycanda donuzların sayı sürətlə artır

Dövlət Statistika Komitəsi Azərbaycandakı donuzların sayını açıqlayıb.
DSK-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdirinin müavini Leyla Kərimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, iyul ayının 1-nə qədər olan statistik göstəricilərə əsasən Azərbaycanda 6292 baş donuz var. Əvvəlki illərdə “donuz qripi” və s. xəstəliklər fonunda donuz təsərrüfatlarının sayı ilbəil azalsa da, son statistika donuzların sayının artdığına dəlalət edir.
Belə ki, ötən illə müqayisədə Azərbaycanda donuzların sayında 25%-lik artım baş verib. Buna qədər rəsmi statistikaya əsasən, Azərbaycanda 2012-ci ilin 1 yanvar vəziyyətinə görə 6,1 min, 2013-cü ilin 1 yanvarı üçün 6,5 min, 2014-cü ilin 1 yanvarına görə 6,7 min, 2015-ci ilin 1 yanvar vəziyyətinə görə 6,1 min, 2016-cı ilin analoji dövründə 5,2 min, 2017-ci ilin 1 yanvarına görə 4,4 min, 2018-ci ilin 1 yanvar vəziyyətinə görə isə 4,9 min baş donuz olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar