Xəbər lenti
Hacı Əbdülün 30-cu Həcc ziyarəti baş tutmadı
Bir neçə müddət bundan əvvəl "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov açıqlamasında 30-cu dəfə Həcc ziyarətinə gedəcəyini söyləmişdi. Hətta, oğlu Hacı Əbdülü də aparacağını demişdi. Məlumata görə, bu ilki Həcc ziyarətinə getməkdən imtina edib.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Hacı Əbdül Əbdülov modern.az saytına açıqlama verib:
"Bu il Həcc ziyarətinə gedə bilmədim. Həcc ziyarətinə getməməklə bağlı qərarımı bir ay bundan əvvəl verməli oldum. Çünki ürəyimdə yaranan problemlə bağlı xarici ölkələrdən birinə müalicəyə getmişdim. Həkimlər ürəyimin qeydinə qalmağımı, uzun səfərlərdən uzaq olmağımı məsləhət gördülər. Belə deyək də, ürəyim sözə baxmadığından Həcc ziyarətinə gedə bilmədim”.
Hacı Əbdülün sözlərinə görə, bu il Həcc ziyarətinə gedəsi olsaydı, rekordu təzələyəcəkdi:
"Ürək yaman şeydir. İnsanı qəfil yerdə yaxalayır. Əgər bu dəfə Həcc ziyarətinə gedəsi olsaydım, 30-cu Həcc ziyarətim olacaqdı. Son illərdə oğlumu da özümlə aparırdım. Bu il mən gedə bilmədiyimə görə, o da Həcc ziyarətinə gedə bilməyib”.
Hacı Əbdül Həcc ziyarətinə gedə bilməsə də, bir çoxlarının bu ziyarəti gerçəkləşdirməsini xüsusi vurğulayıb:
"Bütün müsəlmanlar Allahın evini ziyarət etməlidirlər. Allahın evi pak və təmiz yerdir. Allah evini ziyarət edənlər də pak və təmiz olurlar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar