Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əsgərovun polis tərəfindən şərlənməsinə - Rəsmi reaksiya

Tarix: 31-07-2019 20:36     Baxış: 3232 A- / A+
Əsgərovun polis tərəfindən şərlənməsinə - Rəsmi reaksiya

Daxili İşlər Nazirliyi (DİN) həbs edilən keçmiş məhkum Natiq Əsgərovun sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılmış müraciətində guya polis tərəfindən şərlənməsi barədə iddialarına münasibət bildirib.

Manevr.az xəbər verir ki, DİN mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə report-a açıqlamasında bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsinə görə əvvəllər iki dəfə məhkum olunmuş, hazırda anoloji cinayət əməlində təqsirləndirilərək məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş Salyan rayon sakini Natiq Əsgərovun sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılmış müraciətində guya polis tərəfindən şərlənməsi barədə iddialarının həqiqətlə uzaqdan- yaxından heç bir bağlılığı və əlaqəsi yoxdur:

"İstintaq təsridxanasından özünün günahsızlığı barədə fikirlər səsləndirən, yaşadığı çevrədə, əhatəsində olan insanları, əsasən yeniyetmə və gəncləri, sözün birbaşa mənasında, zəhərləyən, onların həyat və sağlamlıqlarına sağalmaz yara vuranlardan birinin indi əsassız həbs olunmasından danışmasının, buna görə polis əməkdaşlarını hansı mənəvi haqla ittiham etməsinin özü, zənnimizcə, təəccüblü olduğu qədər də düşündürücüdür:

Cari il mayın 31-də Neftçala rayonu ərazisində şərləndiyini iddia edən bu şəxsin növbəti dəfə “ağ ölüm”lə yaxalanması faktı əldə edilmiş məlumat əsasında polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri, klassik anlamda sırf əməliyyat mahiyyətli tədbirlərdən biridir.

İndi özünün günahsızlığından dəm vuran N.Əsgərov satış məqsədilə, qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edərək bu il mayın 31-də Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində qəsəbə sakini V.Sultanova satıb və elə həmin tarixdə axşam radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri ərazisində şübhəli kimi saxlanılaraq RPŞ-yə gətirilib. Şöbədə hal şahidlərinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış zamanı şalvarının cibindən 1 (bir) ədəd polietilen bükümdə heroin aşkar olunaraq götürülüb.

Qeyd etdiyimiz bu, qeyd etmədiyimiz digər xüsusatlar, hüquqi prosedurlar mövcud cinayət-prosessual qanunvericiliyinin tələbləri ciddi nəzərə alınmaqla həyata keçirilərək sənədləşdirilib, N.Əsgərov və V.Sultanov vəkillə təmin olunublar. Hər ikisi CM-in müvafiq maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə əvvəlcə şübhəli şəxs kimi saxlanılıb. Daha sonra hər iki şəxsə ittiham elan olunub və məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, şərləndiyini iddia edən N.Əsgərov törətdiyi cinayəti etiraf edərək əməlindən peşiman olduğunu bildirib, üzərində aşkarlanmış heroini isə guya özünün qəbul edəcəyi ilə əsaslandırmağa çalışıb. Fakt qarşısında qalıb törətdiyi qanun pozuntusundan səmimi peşimançılığını ifadə edən bu şəxsin narkovasitələrin satışı ilə məşğul olmasını inkar edəcək qədər “cəsarət” nümayiş etdirməsi əlbəttə ki, Natiq Əsgərovun stajlı məhkum olmasından, narkotikanın alqı-satqısına görə Cinayət Məcəlləsində daha ağır cəzanın nəzərdə tutulduğunu bilməsindən irəli gəlir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar