Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı astroloq: Bu məmurlar işdən çıxarılacaq

Tarix: 30-07-2019 15:14     Baxış: 3269 A- / A+
Azərbaycanlı astroloq: Bu məmurlar işdən çıxarılacaq

Münaqişələrə nöqtə qoyulan, qarşıdurmalarda qalibin qalibiyyət elan etdiyi vaxtdır. İntriqalardan qaçan, dürüst, ağıllı, zəhmətkeş insanların ilin ikinci yarısında da bəxti gətirəcək, onlar daha şanslı olacaqlar. Qətiyyətli, ötkəm, həqiqətpərəst olmaq lazımdır.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında azərbaycanlı astroloq Səbuhi Rəhimli deyib.

“Astroloji bilgilərə görə, su və od ünsüründən olan bürclər bütün il boyu şanslı bürclərdir. Başda isə qoç və əqrəb gəlir, çünki ilin planeti Marsdır, o iki bürc də Marsın himayəsindədir. Bilməyənlər üçün deyim ki, od ünsürü qoç, şir, oxatan, su ünsürü isə xərçəng, əqrəb və balıqlardır. İllərin də uğurluları var ki, 2019-cu ildə qaban, pişik, keçi – bəzən buna donuz, dovşan, qoyun da deyirlər – şansı illərdir. Əslində dediyim uğurlu, uğursuz məsələsi də doğru olmaz, çünki ilin özünün dürüst olmaq, fikrini açıq demək kimi kodları, şifrələri var. Hansı ildə doğulmağından asılı olmayaraq, kim nəbzi tutsa, onun üçün bütün il yaxşı keçəcək”, - Rəhimli bildirib.

Astroloq hazırda davam edən qaban ilinin ruzi-bərəkətli il olduğunu diqqətə çatdıraraq qeyd edib ki, 12 zodiak ili arasında ən az boşanma məhz bu ildə olur:

"Bu il insanların daha çox doğulduğu ildir. Bəzi illər var, bətndə uşağın yetişməsi, hamiləlik çox çətin keçir, bəzən pozulmalara gətirib çıxarır. Qaban ilində adətən belə olmur, dünyaya sağ-salamat, güclü uşaqlar gəlir. Yeri gəlmişkən, elə ilin birinci yarısında Azərbaycanın 10 milyonuncu sakini doğuldu. Bunu da cari ilin müsbət hadisələrindən biri kimi yadda qaldı” .

Astroloq 2019-cu ilin ikinci yarısında Azərbaycanında siyasi cəhətdən gözləniləcək məqamları da açıqlayıb:

"İlin ikinci yarısında da böyük rəqabətlər olacaq. Müxtəlif siyasi dairələrdə daxilən gizlədilmiş, bilinməyən rəqabətin, qarşıdurmanın şahidi olacağıq. İlin birinci yarısında olduğu kimi ikinci yarısında da bəzi məmurların (onların sayını bilirəm) vəzifəsindən uzaqlaşacağını müşahidə edə bilərik. Qarabağla bağlı isə nisbətən sakitlikdir, halbuki döyüş əməliyyatları aparmaq üçün şanslı vaxtlar da var. Şanslı vaxt hər zaman olur, sadəcə ondan istifadə edib-etməmək qalır. Fevral və may ayı bu məsələ üçün uğurlu hesab edildi. İlin ikinci yarısında isə avqust ayının uğurlu olacağı gözlənilir. Hərbi əməliyyat aparıb torpaqların azad olunması naminə o dövrdən istifadə etmək olar. İlin əvvəlində qeyd etmişdim ki, 5 əsr nə qədər qaban ili var, hamısını araşdırmışam, çünki statistika insanda təsəvvür yaradır. Qaban ilində elə bir müharibə olmayıb. İl başlamadan Ukrayna-Rusiya və ya NATO-Rusiya qarşıdurması yaşanırdı, Avropada, Balkanlarda gərginlik başlamaqda idi, Suriyada da qarışıqlıq müşahidə olunurdu. Bunların hamısı ilin əvvəlində həll olundu. İlin ikinci yarısında da eynilə sabitlik gözlənilir”.

Səbuhi Rəhimli cari ilin ikinci yarısı insanların maliyyə durumunun necə olacağı sualını da cavablandırıb:

"2019-cu il başlayan kimi söz-söhbət var idi ki, növbəti devalvasiya olacaq. Ancaq mən ilin əvvəli verdiyim müsahibədə astroloji hesablamalarıma dayanaraq ilin birinci yarısı devalvasiyanın olmayacağını əminliklə qeyd etdim. Proqnozum təsdiqini tapdı. Lakin bizdə gedişat zaman-zaman dəyişə bilir, gərək o prosesin növbəti mərhələsi gələ ki, proqnozlaşdıra bilək. İlin ikinci yarısında da maliyyə məsələləri ilə bağlı ciddi dəyişikliklər gözlənilmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar