Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

FHN əməkdaşlarının maaşları ilə bağlı qərar verildi

Tarix: 28-07-2019 14:34     Baxış: 4451 A- / A+
FHN əməkdaşlarının maaşları ilə bağlı qərar verildi


Baş Nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə bir sıra qərarlar imzalayıb.

Manevr.az xəbər verir ki, baş nazirin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilib.

Qərarda Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərara əsasən Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Qərarda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə müvafiq qərar qəbul etməsi tövsiyə edilib.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyində xidmət etmiş hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və onların ailə üzvlərinin əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar