Xəbər lenti
Abşeronda 108 min yumurta məhv edildi
Abşeron rayonunda istehsal olunan 108 min ədəd toyuq yumurtası məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisə rayonun Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazisində fəaliyyət göstərən Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsində baş verib.
Belə ki, müəssisəyə baxış zamanı 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu məlum olub.
Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt Şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































