Xəbər lenti
Ən bahalı İnstaqram istifadəçiləri kimlərdir ? - Reklamdan nə qədər qazanırlar?

“Hopper HQ” xidməti “Instagram”da lider olan influencerlərin illik reytinqini (Instagram Rich List) dərc edib. Xidmətin reytinqində birinci yeri model Kayli Cenner tutur. Onun hər posta görə aldığı məbləğ 1 milyon dollardan 1,3 milyon dollara yüksəlib. Modelin sosial şəbəkədəki auditoriyası isə 139,2 milyon nəfərdir.
Manevr.az xəbər verir ki, amerikalı aktrisa Ariana Qrande reytinqdə ikinci olub.
Onun “Instagram” sosial şəbəkəsində 158,4 milyon izləyicisi var, onun bir reklam postunun qiyməti 996 min dollardır. Reytinqin üçüncü pilləsində isə öz yerini stabil şəkildə qoruyan Kriştiano Ronaldo tutub. Onun səhifəsində paylaşdığı bir reklam postunun dəyəri isə 975 min dollar qiymətləndirilir. Eyni zamanda, idmançının reytinqdə böyük abunəçi bazası var-172,8 milyon istifadəçi.
Ronaldodan daha az alan isə Kim Kardaşyandır. Bir reklam postuna görə, ona 910 min dollar ödəyirlər. Adıçəkilən sosial şəbəkədə olan auditoriyası isə 142,7 milyondur.
Reytinqin beşincisi isə Selena Qomez olub və ötən il reytinqdə ikinci olub. İl ərzində onun reklam postuna görə, aldığı məbləğ 800 min dollardan 886 min dollara yüksəlib. TOP-100 influencer arasında reytinqin ən aşağı pilləsində yer alan blogger Adam Gallaher olub. O, bir posta görə, 8,4 min dollar alır. Abunəçilərinin sayı isə 2 milyon nəfərdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar