Xəbər lenti
İrandan düz bağırsağında narkotik keçirən şəxs: “Məcbur qaldım”

Düz bağırsağında Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən 1972-ci il təvəllüdlü Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Qeyd olunub ki, Rövşən Məmmədov İrandan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib. O, heroin və tiryək bükümlərini düz bağırsağına yerləşdirib. O, İrandan Azərbaycana keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.
Rövşən Məmmədov ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu söyləyib.
Sərbəst ifadə verən şəxs, əməlini etiraf edib: "Məni həmyerlim Şəhruz məcbur etdi. Aramızda bir az haqq-hesab vardı, məcbur qalmasaydım, etməzdim. Hər ay İrana qənd, çay gətirdim. İran tərəfdəki adamlarla da məni Şəhruz tanış etmişdi. Bir gün dedilər bu maddələri keçirməlisən. Etiraz etsəm də, məcbur qaldım. Narkotiki bükümlədilər. Mən də onların hamısını bağırsağıma yerləşdirib, sərhədə gəldim. Gömrüyə yaxınlaşanda çox həyəcanlı idim. Gömrük işçiləri həyəcanlı olduğumu gördülər. Mənə yaxınlaşıb, rentgenə apardılar. Düz bağırsağımda olan narkotiki götürdülər. Nə qədər olduğunu bilmirdim. Lakin dedilər tər-təmizsən. İstintaq Təcridxanasına gətirəndə yenə rentgen etdilər. Məlum oldu ki, bağırsağımda yenə narkotik qalıb”./bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar