Xəbər lenti
Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar

Kütləvi informasiya vasitələri (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər.
Manevr.az məlumatına görə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.
Y.Mahmudov Azərbaycan mətbuatının hazırda uğurlu inkişaf dövrünü yaşadığını qeyd edib.
Akademik əlavə edib ki, Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir. Milli-mənəvi dəyərlərimizin, müasir uğurlarımızın və tariximizin təbliğ olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun prezidenti olduğu Heydər Əliyev Fondu çox mühüm rol oynayır:
"Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmışdır. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar