Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Telegram" və "WhatsApp"da yeni boşluq AŞKAR EDİLDİ

Tarix: 17-07-2019 13:16     Baxış: 3168 A- / A+
"Telegram" və "WhatsApp"da yeni boşluq AŞKAR EDİLDİ


"Symantec" şirkətinin informasiya təhlükəsizliyi sahəsində mütəxəssisləri hakerlər tərəfindən "Telegram" və "WhatsApp" messencerlərinin media fayllarına müdaxilə üzrə yeni üsul aşkar ediblər.

"ICTnews" xəbər verir ki, ekspertlərin iddiasına görə, göndərilən mesajların şifrlənməsi üçün "Telegram" və "WhatsApp" messencerlərindən geniş istifadəyə baxmayaraq, sözügedən messencerlər media faylların təhlükəsizliyini eyni səviyyədə təmin edə bilmirlər.

"Android" sisteminin idarəetməsi altında işləyən qurğularda messencerlər qəbul edilmiş şəkil və audio faylları ya daxili, ya da kənar saxlanc sistemində saxlayırlar ki, bu da digər quraşdırılmış proqramlar üçün həmin fayllara daha geniş müdaxiləni nəzərdə tutur.
Cinayətkarlar qurğunu kənar saxlanc sisteminə girişə malik zərərverici proqram təminatı ilə yoluxdurduqları halda media fayllara smartfonun sahibindən öncə giriş imkanı əldə edəcək. Nəzəri cəhətdən hakerlər hətta şəkil və ya audio fayldan ibarət mesajı dəyişdirə bilərlər və qurğunun sahibi bu haqda məlumatsız olacaq.

Mütəxəssislər belə haker hücumunu "Media File Jacking" adlandırıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar