Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saç tökülməsinin qarşısını alan qidalar - SİYAHI

Tarix: 17-07-2019 10:51     Baxış: 3277 A- / A+
Saç tökülməsinin qarşısını alan qidalar - SİYAHI


Əksər kişilərin ortaq problemi məhz saç tökülməsidir. Bunun fərqli səbəbləri var. Havanın çirkliliyi, düzgün qidalanmamaq kimi bir sıra amillər bunda rol oynayır. Bəs sağlam saçlar üçün hansı qidaları qıəbul etməliyik?

NARİNGİ
Manevr.az medicina.az-a istinadən bildirir ki, şirin olsa da, cəmi 37 kalorilidir ki, bu da kökəlməkdən qorxanlara heç də maneə deyil. Bir meyvədə gündəlik C vitamin tələbatının 31%-i mövcuddur. İmmuniteti möhkəmləndirir, yaşlanma əleyhinə gözəl vastədir. Bundan başqa "narıncı toplarda" B qrupu vitaminlər, vitamin P və K saxlanılır. Sitrus meyvəsi olaraq naringi fitonsitlərlə zəngindir, bu antibiotik təsiri xəstəlik törədən bakteriaları məhv edir. Naringi vitamin B12 ilə zəngin olduğundan saç tökülməsini azaldır və saçların ağarmasının qarşısını alır. Saçların uzanmasında əsas rol oynayan kollogenlərin qurulması üçün C vitamini tələb olunur, Məlumdur ki, naringi də C vitamini deposu hesab olunur. Sağlam saçlara sahib olmaq üçün vacib komponentlərdən biri olan dəmirin mənimsənilməsi də vitamin C sayəsindədir.

Saçların tez uzanması üçün naringi maskası:

1 xörək qaşığı xardal, 2 naringinin şirəsi, 10 damcı melisa yağı qarışdırıb saçların dibinə çəkmək və 20 dəqiqə saxlamaq və sonra saç dərisinin tipinə uyğun şampunla yumaq lazımdır. C vitaminin və askorbin turşuları ilə zəngin olan Naringi suyu saç köklərini qidalandırır və saç tellərini yumuşaldır. Melisa yağı və xardal yağ mübadiləsini, qan dövranını aktivləşdirir, kəpəyin əmələ gəlməsinin qarşısını alır. Sağlam saçlara qovuşmaq üçün gündə 3 ədəd ortaboy naringi yemək lazımdır.

YERKÖKÜ

Saçların böyüməsinə köklərin kömək etdiyini bilirdinizmi? Yerkökü sağlamlıq üçün də faydalıdır, amma saçların böyüməsində də mühüm rol oynayır. Yerkökü saç qalınlığını artırmaq və saçların daha sürətli inkişafına nail olmaq üçün yaxşı vasitədir. Saçların böyüməsinə və keyfiyyətinə birbaşa təsir göstərmək üçün gündə bir kök yeyə və ya suyunu içə bilərsiniz.

QATIQ

Zülal və kalsium baxımından zəngin olan bu qida çəki salmaq üçün faydalıdır. Tərkibindəki B5 vitamini insan həyatının ən vacib vitaminlərindən biridir. Bu, pantoten turşusu da adlanır. B5 az tanınan vitaminlərdən biridir, çünki onun çatışmazlığı nadirdir. B5 dərini nəmləndirir və dərinin yaralarının müalicə prosesini sürətləndirir. Ona görə də gün ərzində 2 kasa yoğurt yemək zəruridir.

YUMURTA

Orqanizmdə Biotin saçdakı rəng piqmentlərinin qorunmasına köməkçidir. Əgər bu maddə azalsa, saçlarda qırılma və zəifləmə müşahidə ediləcək. Hətta baş dərisində kəpək yaranacaq. Yumurtada isə yüksək miqdarda biotin maddəsi var. Bu da saçı bəsləyir, sağlamlığını təmin edir. Ona görə də, gündə bir ədəd yumurta yemək labüddür.

YULAF

Yulaf, saçların böyüməsini sürətləndirir, sağlam görüntü ilə təmin edir. Yulaf yüksək miqdarda lif tərkibə malikdir. Dəmir, mis omega3 və doymamış yağlarla zəngindir. Yulafı südlə bişirdikdən sonra içinə meybə quruları, çərəzlər və darçın da əlavə edib yeyə bilərsiniz.
Darçın
Darçın mütəmadi istifadə edildiyində saçların daha tez uzanmasını təmin edir və saç köklərini gücləndirir. Kalsium, lif, dəmir və manqan tərkibi sayəsində qidalanmada əhəmiyyətlidir. Orqanizmdə qanın fəaliyyətini tənzimləyir, saç köklərinə oksigenin çatmasına kömək edir. Nəticədə saçın dibləri möhkəmlənir. Ona görə də, darçını çayınızda və meyvələrin üzərində istifadə edə bilərsiniz.

İSPANAQ

Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırmışdı. İspanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. İspanaq yarpaqlarında çox miqdarda olan sekretin zülalı, B qrupu vitaminləri, lütein və zeoksantin maddələri var. Mütəmadi ispanaq qəbulu tərkibindəki yüksək miqdarda E vitamini, koenzim Q10, lipoy turşusu sayəsində sərbəst radikalları neytrallaşdırır, orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının və erkən yaşlanmanın qarşısını alır, dərinin təravətli qalmasını təmin edir. A, C vitamini və minerallarla zəngindir. Saç dərisi üçün önəmli qidadır. Saçları nəmləndirib gücləndirir. Ona görə də mətbəxtinizdən əskik etməyin. Xüsusi ilə əgər evdə saçı tökülənlər varsa.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar