Xəbər lenti
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

Bakı avtovağzalında 5 yaşlı uşağına tam bilet satan kassir cəzalandırılıb.
Manevr.az bildirir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, bununla bağlı ailə üzvlərindən biri avtovağzalla əlaqə saxlayıb:
"Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb. Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik, ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassir barəsində ciddi ölçü götürüldü".
P.Məmmədova əlavə edib ki, əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq: "Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. Özbaşınalıq o zaman olardı ki, məsələ tam diqqətdən kənar qalardı"./trend/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar