Xəbər lenti
Arıq qalmaq, eyni zamanda beynin yaxşı işləməsi üçün nə yeməliyik?
İdeal bədən quruluşunun arxasınca qaçan qadınlar bir çox hallarda orqanizmin tələbatını unudurlar. Odur ki, dietoloqlar həm kökəltməyən, həm də beyin funksiyasını inkişaf etdirən pəhriz proqramı hazırlamağı qarşısına məqsəd qoydu və MİND pəhriz sistemi yaradıldı.
Bu yazıda oxuyucuları beynin idrak funksiyalarını qoruyan və metabolizmanı yaxşılaşdırmağa kömək edən qidalanma sistemi ilə tanış edəcəyik.
Elmi əsaslara söykənən MIND-pəhrizi və ya qidalanma sistemində 12 il ərzində 60 və daha yuxarı yaşlardan olan 1220 nəfər iştirak edib. Araşdırmalar göstərib ki, xüsusi qidalar qrupu demensiya (Demensiya latın dilindən ağılsızlıq mənasını verən söz olub, ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromu deməkdir), alzheymer və digər psixonevroloji xəstəliklərin riskini azalda bilər. Bu qidalanma sistemi 25 yaşdan yuxarı hər kəsə, xüsusilə 40 sonra hər kəs üçün faydalıdır. MİND özündə Aralıq dənizi və DASH pəhrizinin əsas prinsiqlərini birləşdirir.
Ən faydalı qida
Araşdırmaçılar göstərib ki, MİND pəhrizi hüceyrələrə zərər verən və beyin məhsuldarlığını azaldan oksidləşdirici stressin yaranma ehtimalını böyük ölçüdə azaldır. Bu cür qidalanma sisteminə əməl etmək hər kəs üçün faydalıdır. Çünki yuxarıda dediyimiz kimi, o, özündə Aralıq dənizi və DASH pəhrizinin əsas prinsiplərini birləşdirir, həmçinin demansiyanın başlamasının qarşısını alır. Məşhur dietoloq Roxatqi iddia edir ki, zamanla belə pəhriz alzheymer və beynin koqnitiv funksilarının itməsi riskini azaldır.
“Yediyimiz hər bir qida birbaşa beyinə təsir edir. Yüksək şəkərli içkilərin tez-tez istifadəsi beynin zəifləməsinə və öyrənmək qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Həmçinin hisə verilmiş ətlərdən qaçınmaq daha yaxşıdır. Onlara beyin üçün zəhərli olan yağları ifraz edən nitrozaminlər daxildir”, – deyə Apollo Xəstəxanasının baş dietoloqu və qidalanma şöbəsinin direktoru Priyanka Roxatqi qeyd edir.
Pendirləri (həftədə bir dəfədən çox olmalı deyil), qırmızı ət (maksimum həftədə 3 dəfə), qızardılmış (həftədə bir dəfən çox olmayaraq), eləcə də desertlər, dondurma və qənnadı məhsullarını məhdudlaşdırmağa dəyər.
Bəs gündəlik pəhrizə hansı qidalar daxil edilməlidir?
Paxla və mərcimək antioksidanlar və zülallarla zəngindir.
Bütün tərəvəzlər və göyərtilər folik turşusu, vitamin E, karotenoidlər və beyin fəaliyyətinə kömək edən flavonoidlərlə zəngindir.
Giləmeyvə – yaddaşın yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına kömək edir.
Qurudulmuş meyvə və qoz-fındıq, günəbaxan, balqabaq, qarpız və qovun tumu kombinasiyası xüsusilə faydalı olacaq. Belə bir qarışığı hazırlaya və salata əlavə edə bilərsiniz.
Balıq olar, lakin qızardılmış olmalı deyil.
Tam taxıl məhsulları: yulaf, buğda, qəhvəyi düyü, makaron və bütün buğda çörəyi. Gündəlik qəbul olunan qidanın ən azı 50%-ni təşkil etməlidir.
Toyuq və hinduşka zülalla zəngin qidalardır. Qayndaılmış və ya qovrulmuş halda yemək daha yaxşıdır.
O da çoxdan sübut olunub ki, cavanlığmız beynin düzgün fəaliyyətindən asılıdır. Odur ki, onu məntiqi əsaslarla qidalandırmaqla yanaşı, fəaliyyətini davam etdirmək üçün lazımlı mikroelementlərlə də təmin etmək lazımdır. Sağlam qidalar yeyin, məşq edin, təmiz havada daha çox vaxt gəzməyə çalışın. Bu zamanda sizin həm gözəl bədən quruluşunuz olacaq, həm də zehnini iti və güclü işləyəcək. (publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar