Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Sədərək"də qarət - Saxlanılanlar var

Tarix: 15-07-2019 15:54     Baxış: 3148 A- / A+
"Sədərək"də qarət - Saxlanılanlar var


Lökbatanda yerləşən "Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub.

Manevr.az xəbər verir ki, bununla bağlı oxu.az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, mağazanın sahibi 46 yaşlı Elçin Ələsgərov yuyucu toz satılan obyektindən oğurluq olduğunu müəyyən edib.

E.Ələsgərov bununla bağlı 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu "sirr” iyulun 13-nə kimi davam edib. Bu üsulla mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb.
Aparılan əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bunlar mağazada işləyən 23 yaşlı Asif Abbasov və 25 yaşlı Tural Abbasovdur.

Bildirilib ki, mallar satılmaq məqsədilə oğurlanıb. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar