Xəbər lenti
2055-ci ilə qədər dünya əhalisinin sayı 10 milyardı keçəcək
Hər il 11 İyul "Dünya Əhali Günü" kimi qeyd olunur.
Manevr.az "Yeni Sabah”a istinadən xəbər verir ki, 2 min əvvəl 300 min olan dünya əhalisi hazırda 7,71 milyarda çatıb.
Dünya əhalisinin 2055-ci ilə qədər 10 milyarda, əsrin sonuna qədər isə 11,2 milyarda çatacağı təxmin edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəqəmlərə görə, hazırda dünya əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 52 nəfərdir.
BMT bildirir ki, dün ya əhalisinin sayıs ürətlə artsa da, əhali sayı kəskin şəkildə azalan ölkələr də var. Bu ölkələrdən 10-u Şərqi Avropada yerləşir. Bolqarıstan, Latviya və Moldova ilk sıralarda yer tutur.
Dünyada ən çox əhali Asiyadadır. Ən çox insanın yaşadığı qitə olan Asiya dünya əhalisinin 60%-ni özündə birləşdirir. Digər 15% Afrikada, 10% Avropada, 8% Latın Amerikası və Kariblərdə, qalan hissəsi isə Şimali Amerika və Okeaniyada yaşayır. Əhalisinin sayına görə Çin 1,42 milyard nəfərlə 1-ci, Hindistan 1,37 milyard nəfərlə 2-ci yeri tutur. Ancaq dörd il sonra Hindistanın bu siyahıda 1-ci sırada olacağı gözlənilir.
Ən az insan sıxlığı olan ölkə isə Monqolustandır. Burada - 1 milyon 564 min 116 kvadrat kilometr ərazidə cəmi 3 milyon insan yaşayır. 38 milyon əhalisi olan Tokio şəhəri isə insan sayına görə dünyanın ən sıx şəhəridir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar