Xəbər lenti
DİQQƏT! Bakıda məşhur supermarketdə "Çin yumurtası" satılır - VİDEO
Bakıda növbəti dəfə "çin yumurtası” deyilən, jelatin və kalsium qarışığından hazırlanan yumurta satıldığı məlum olub.
Bakı sakini Məhəmməd Hüseyn Şəhriyar küçəsində (BDU-nun yaxlığı) yerləşən "Araz” supermarketindən kampaniya çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta alıb.
Yumurtanı qaynadıb yemək istədikdə isə əcaib mənzərə ilə qarşılaşıb. Şikayətçinin təqdim etdiyi videodan da görünür ki, yumurtanın içərisindən mənşəyi bəlli olmayan yarıbərk halında maddə çıxıb.
Manevr.az-ın məlumatına görə, "Araz” supermarketindən bakupost.az-a bildirilib ki, həqiqətən də 28 İyun-4 İyul tarixində mağazalar şəbəkəsində endirim kampaniyası çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta satılıb. Lakin onlar Çindən yumurta idxal etmirlər və məhsulları yerli bazara aiddir.
Qeyd edək ki, saxta yumurtaların satılması faktına ölkəmizdə bir neçə dəfə rast gəlinib. Bu yumurtaların qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.
Mütəxəssislərin bildirdiyinə görə, uzun müddət bu yumurtaları istifadə etmək əsəb sistemlərinə neqativ təsir edə bilər, uşaqlarda isə əqli inkişafını azalda bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Təqvim
« Fevral 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar