Xəbər lenti
“Gəncə məhbusu” həbsxanada öldü – Xərçəng xəstəsi imiş
Ötən il baş verən Gəncə hadisələrinə görə həbs edilən Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı məlumat verib: "Gecə saat 1-də Pentensiar Xidmətdən baldızımın oğluna zəng vurublar ki, Aydın Qurbanov rəhmətə getdi, gəlin cənazəsini aparın".
Qeyd edək ki, Aydın Qurbanov 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilib.
Xatırladaq ki, Aydın Qurbanovun iki övladı var.
Aydın Qurbanov 1967-ci ildə Gəncədə anadan olub. O, şəhərdə makler işləyirmiş. Gəncə olayları ilə bağlı onun bacısı oğlu Hamlet Abdullayev həbs edilib. 2018-ci il iyunun 27-də A.Qurbanovu Gəncədəki Nizami rayon Polis İdarəsinə çağırıblar. 4 gündən sonra yaxınları xəbər tutub ki, o, polis idarəsinə getdiyi gün Bakıya, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə ("bandotdel") göndərilib.
A.Qurbanov Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham edilib.
2019-cu il 30 may tarixində Nəsimi Rayon Məhkəməsində Aydın Qurbanovun onkoloji xəstə olduğu üçün həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qaldırılan vəsatət hakim Azər Tağıyev tərəfindən qəbul edilməyib. (vetenugrunda.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar