Xəbər lenti
Qarşıdakı günlərdə geomaqnit qasırğa ola bilər - Şamaxı Astrofizika Rəsədxanası
Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.
Manevr.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından trend-ə verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 - 325 km/san intervalında olub. Ümumi maqnit sahəsi 1-5 nT intervalında olub.
Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.
Növbəti bir neçə gün üçün (09 - 11 iyul) Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Günəş küləyi parametrlərinin isə güclənəcəyi proqnozlaşdırılır.
Proqnoz dövründə (09 - 11 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Təqvim
« Fevral 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar