Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sabirabad ağsaqqalları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edildi - ŞƏKİLLƏR

Tarix: 09-07-2019 18:56     Baxış: 3321 A- / A+
Sabirabad ağsaqqalları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə  təltif edildi - ŞƏKİLLƏR


Bu gün rayon Mədəniyyət Mərkəzinin zalında Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 may 2019-cu il tarixli Sərəncamına əsasən Sabirabad rayon ağsaqqalları; Həmidov Böyükağa Mirheydər oğlu, Hadıyev Mirsahib Mirhadı oğlu, Əliyev Seyidməmməd Mirvəli oğluna“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı” təqdim olunub.

Manevr.az-ın verdiyi xəbərə görə, mərasimdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov qeyd edib ki, bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Siraqəddin Cabbarov bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə onları təbrik etdi, onlara can sağlığı, çətin və çoxsahəli fəaliyyətində yeni-yeni uğurlar arzuladı. Sonda Həmidov Böyükağa, Hadıyev Mirsahib, Əliyev Seyidməmməd öz sevinclərini tədbir iştirakçıları ilə bölüşərək göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Sabirabad ağsaqqalları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə  təltif edildi - ŞƏKİLLƏR
Sabirabad ağsaqqalları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə  təltif edildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar