Xəbər lenti
“Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq və tandemdə fəaliyyət arzu olaraq qalmamalıdır”
9 iyul Azərbaycan Respublikasında diplomatik xidmətin 100 illiyi qeyd edilir. Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) bu münasibətlə Azərbaycan diplomatlarına təbrik məktubu ünvanlayıb. RAİ-nin mətbuat xidmətinin yaydığı təbrik məktubunda deyilir: “Əziz diplomatlar! Azərbaycan Respublikası Diplomatik xidmətinin 100 illiyi münasibətilə bu şərəfli iş sahiblərini ürəkdən təbrik edirik. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Biz fəxr edirik ki, ədalət zəfər çaldı və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş Xarici İşlər Nazirliyinin şanlı ənənələri suveren Azərbaycanda öz peşəkar davamını tapdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı. Bu illər ərzində Azərbaycan diplomatiyasının uğurları Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi işində əldə edildi. Azərbaycan ərazisini işğal etmiş Ermənistanın təcavüzkar olduğu dünya ölkələrinin, habelə nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə təsdiqləndi. Bu gün BMT, ATƏT, AŞPA, İKT kimi təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması diplomatiyamızın uğurudur. Əldə edilmiş diplomatik nailiyyətləri rəhbər tutaraq, münaqişə və böhranların siyasi – diplomatik həlli prinsipi bundan sonra da qorunmalıdır. Beynəlxalq hüququn bu vacib prinsipilə bərabər BMT nin və Azərbaycan Konstitusiyasının maddələrinə istinadən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən diplomatiya qəti şəkildə tətbiq edilməlidir. Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin uğuru kimi ölkələrimiz arasında quru sərhədlərimizin delimitasiyası, Xəzər dənizinin statusunun müəyyən edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin gerçəkləşməsi, iki dost ölkənin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmə faktlarını fərəhlə qeyd etmək istərdik. Bu illər ərzində Azərbaycan və Rusiya diplomatlarının səyləri nəticəsində ölkələrimiz strateji müttəfiq səviyyəsinə yüksəlmişdir ki, bunu təsdiqləyən dövlətlərarası müqavilələr var. Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən səfirliklərin həmin ölkələrdə yaşayan azərbaycanlılarla əməkdaşlığı da aktuallığını qoruyan məsələlərdəndir. Bu əməkdaşlığın qarşılıqlı hörmət və tandemdə həyata keçirilməsi arzu olaraq qalmamalıdır. Bir sıra ölkələrdə, xüsusən də Rusiyada diaspor təşkilatları bu ikiistiqamətli yolun yarısına qədər gəlmişlər ki, yolun digər yarısını keçmək artıq müvafiq dövlət qurumunun vəzifəsidir. Xüsusi diqqəti çəkən amillərdən biri də xaricdə Azərbaycanı təmsil edən diplomatik korpuslarda gənc diplomatların fəaliyyətinin təmin edilməsidir. Biz müstəqil Azərbaycanın savadlı, gənc diplomatlarının müasir dünyanın çağırışlarına hazır olmalarına inanırıq. Əminik ki, onlar Azərbaycanın dünya arenasında nüfuzunun və təsir imkanlarının artması, ölkəmizin dinamik inkişafını təmin etmək yolunda əllərindən gələni edəcəklər. Azərbaycanın Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarına Dövlətimizə xidmət işində yeni uğurlar arzu edirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar