Xəbər lenti
Azərbaycanda körpələrə bu adların qoyulması qadağan edildi - Siyahı
“İyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb”.
Manevr.az-ın xəbərinə görə, bunu report-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 18 adın körpələrə qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.
Eyni zamanda valideynlərin övladlarına bəzi adları qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən Aza, Sağyaşar, Qəhət, Seçən, Manoş, Namizəd, Qənaət, Oyalı, Pərtövnihal, Şadbala, Taz, Təkiş, Təçən, Vəsi, Qızlarxanım, Kündəş, Közhan və Sənvöch adlarının körpələrə qoyulmasının qarşısı alınıb. Bu adların qoyulması ümumilikdə qadağan edilib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar