Xəbər lenti
Vətəndaşlar üçün yeni qaydalar açıqlandı
Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Bakı Mərkəzi Parkı çoxlu sayda rəy və təklifləri nəzərə alaraq parka gələn vətəndaşlar üçün yeni qaydaları açıqlayıb.
Manevr.az xəbər verir ki, qaydalar parkın yaxşı vəziyyətdə saxlanılması və ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qəbul edilib.
Ziyarətçilər üçün qəbul edilən qaydalar aşağıdakılardır:
- Parkın ərazisində olan bütün itlər ağızlıq taxılmış halda və ipdə saxlanılmalıdır. Bəzi insanlar, xüsusilə uşaqlarla parkı ziyarət edənlər itdən qorxurlar.
- Ot örtüyü üzərində it gəzdirməyə icazə verilməməlidir. Təəssüf ki, bəzi insanlar ev heyvanlarının arxasınca təmizləyə bilmir, ot örtüyünə zərər verir və bu da digər insanlar üçün örtüydən istifadə etməyə problem yaradır.
- Tuma yox deyək! Tumların Azərbaycanda çox dadlı və çox populyar olduğunu başa düşürük, ancaq bəzi insanlar tumun qabıqlarını yerə atmaqla bizim təmizləyicilərimiz üçün xoşagəlməz hal yaradırlar.
- Parkda nəzərdə tutulan skeytbord rampalarından başqa heç bir yerdə velosiped sürməyə icazə verilməyəcək. İnsanlar parkdan keçməlidirlərsə, onda velosipedlərini əllə aparmalı (yanlarında gəzdirməli) olacaqlar.
- Parkda xüsusi müəyyən edilmiş yerlərdən savayı, skeytbord sürməyə icazə verilmir. Parkın ərazisində müəyyən edilmiş yerlərə kimi skeytbord əldə daşınmalıdır.
- Böyüklər üçün nəzərdə tutulan idman sahələri yalnız böyüklər üçündür. Uşaqlarınızın bu fitness mərkəzinə gəlməsinə icazə verməyin. Bu onlar üçün təhlükəlidir və böyüklərin də avadanlıqlardan istifadə etməsinə maneə törədir. Uşaq oyun meydançaları ilə əlaqədər da eyni şəkildə danışmaq olar - yalnız uşaqlar üçün nəzərdə tutulub. Önümüzdəki həftə yaş qruplarını göstərən işarələri quraşdıracayıq. Park işçiləri sizin yaşınızı soruşarlarsa, xahiş edirik bundan inciməyin. Bu işçilər tərəfindən istifadəçilər üçün hər şeyin təhlükəsiz və rahat olmasını təmin etmək məqsədilə edilir.
Qeyd olunub ki, parkdakı çiçəklər, güllər və digər dekorativ bitkilər dərilməsin. Ümumilikdə hər şey qaydasındadır. Amma, bir qrup insanlar ağacların gövdəsinin qabığını soyur. Bu isə böyük ehtimalla həmin ağacların qurumasına səbəb olacaq. Bundan əlavə, insanlar başqa ziyanlıqlar da edir, məsələn oturacaqların müxtəlif elementlərini sındırırlar. Qəbul edilə bilməyən bir hal gördükdə və ya sizi narahat edən bir hadisəyə şahid olduqunuz halda, Parkda patrul xidməti aparan Park işçilərindən biri ilə danışmaq məsləhət görülür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar