Xəbər lenti
Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməzlər

"Artıq I və II qrup əlliliyi olan şəxslər övladlığa uşaq götürə biləcəklər".
Bunu apa-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib. Onun sözlərinə görə, indiki qanunvericilikdə müəyyən kateqoriyalı şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunur:
“Bura I və II qrup əlilliyi, fəaliyyyət qabiliyyətsizliyi, müəyyən xəstəlikləri, xüsusilə də infeksion xəstəlikləri, QİÇS, vərəm, ağır onkoloji xəstəliyi olan şəxslər aid idi. Yeni qanunvericilikdə isə I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ verilir. Amma yenə də infeksion xəstəlikləri, fəaliyyət qabiliyyətsizliyi, məhkumluğu olan, ağır cinayətlər, eyni zamanda ictimai əxlaq əleyhinə cinayət törədən, əvvəllər valideyn hüququndan məhrum olmuş şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunurlar”.
Qeyd edək ki, övladlığa götürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi və Alt sistemin tətbiqi noyabrın 1-dən nəzərdə tutulur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar