Xəbər lenti
Yasamalda söküləcək evlərin siyahısı AÇIQLANDI – VİDEO
Yasamal rayonu ərazisində 53 yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsünə başlanılıb.
Buna səbəb Şəfaət Mehdiyev küçəsinin 1 kilomtrə yaxın hissəsinin genişləndirilməsidir. Artıq ərazidə söküntü işləri start götürüb və yolun bir hissəsi genişləndirilib.
Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirir ki, vaxtilə həmin hissəsədə evlər və obyektlər tikildiyi üçün yol həddindən artıq daralıb. Hazırda həmin ev və obyekt sahiblərinə kompensasiya verilir. Ərazidə olan ağacların isə köçürülməsi planlaşdırılır.
Şəfaət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında olan 1 kilomtrə yaxın hissəsinin eni genişləndirilərək 18 metrə çatdırılır. 1-ci texniki dərəcəyə uyğun olaraq tikilən yol 4 hərəkət zolağından ibarət olacaq. 3 qat asfalt örtüyü vurulacaq yolda artıq asfaltlama işlərinə start verilib. Burada həmçinin vətəndaşların rahat hərəkəti üçün piyada səkiləri yaradılacaq və işıqlandırma sistemi qurulacaq. Yol istifadəyə verildikdən sonra Tiblisi prospekti ilə Hüseyn Cavid prospektinə birbaşa maneəsizçıxış əldə olunacaq. Bu da günün pik saatlarında metronun elmər stansiyası yaxınlığında yaranan tıxacın azalmasına gətirib çıxaracaq.
Yolun bu ilin sonuna kimi tam istifadəyə verilməsi planlaşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar