Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gündən hərbi xidmətə növbəti çağırış başladı

Tarix: 01-07-2019 17:09     Baxış: 3170 A- / A+
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı


“Azərbaycan vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Nəsimi rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Manevr.az verilən məlumata görə, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, Dövlət Himni ifa olunub.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən xüsusi video-çarx təqdim olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən iyulun 1-də müddətli həqiqi hərbi xidmətə çağırış prosesi başlayıb, ölkəmizin bütün bölgələrində gənclər sevinc hissi və təntənəli tədbirlərlə hərbi xidmətə yola salınırlar.

Sonda çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər.

Qeyd edək ki, iyulun 1-də Abşeron, Astara və Gəncə şəhər Nizami rayonlarında da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrinin şəxsi heyətinin, rayonların rəhbərliyinin, şəhid ailələrinin, ictimaiyyət təmsilçilərinin, müharibə veteranlarının, çağırışçılar və onların valideynlərinin iştirakı iləgənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar