Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ KEÇDİ…

Tarix: 01-07-2019 10:23     Baxış: 3178 A- / A+
Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ KEÇDİ…


Xüsusi xidmət orqanları ifadəsini eşidərkən gözümüzün önünə daha çox kinolardakı detektiv, agent obrazı canlandıranlar gəlir.

Xüsusi analitik düşünmə qabiliyyəti, hadisələri bir-biri ilə məntiqi şəkildə uzlaşdırmaq, fiziki və idman hazırlığı yaxşı səviyyədə olanlar xüsusi xidmət orqanlarının çekisti ola bilərlər.

Bu haqda internetdə də kifayət qədər materiallar mövcuddur. Təbii ki, xüsusi xidmət orqanlarının əsas prinsiplərindən biri də məxfilikdir.

Cəmiyyətə və mətbuata yad olan faktlar, sadə insanların eşitmədikləri, bilmədikləri xüsusi xidmət orqanları üçün adi bir həqiqətdir.

Xüsusi xidmət təşkilatları bəzən qarşı tərəfi necə deyərlər içəridən dağıtmaq üçün xüsusi metodlara əl atır.

Bunlardan biri də xüsusi xidmət orqanının hər hansı əməkdaşını və ya o ölkənin hər hansı vətəndaşını ələ almaqdan, necə deyərlər “verbovka” etməkdən ibarətdir.

Belə hallarla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar var.

Sovet İttifaqı dağılandan sonra keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (“KQB) haqqında, ümumiyyətlə dünya xüsusi xidmət orqanları barədə o qədər kitab çap olunub ki, oxucunu bu cür məlumatlarla təəccübləndirmək mümkün deyil.

Amma indi yazacağımız hadisə haqda açıq internet mənbələrində heç bir məlumat yoxdur. Özü də söhbət SSRİ zamanında Amerika kəşfiyyatına işləməyə razı olmuş azərbaycanlıdan gedirsə…

Manevr.az modern.az-a istinadən məlumatına görə, bu haqda vaxtilə Azərbaycan DTK-nın, müstəqillik qazandıqdan sonra isə Milli Təhlükəsizlik Nazirliyinin zabiti olmuş İlham İsmayıl “KQB-MTN:Görünən dağın bələdçiliyi” adlı bioqrafik kitabında yazıb.İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) Minsk Ali Kursunu bitirib.

1982-1996-cı illərdə Azərbaycan SSR DTK-sında və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN-in Gəncə şəhər şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili vəzifələrində çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

İlham İsmayıl yazır ki, DTK-nın Minsk Ali Kursunda gələcəyin çekistlərinə aşılanırdı ki, SSRİ-nin bir nömrəli rəqibi Amerika Birləşmiş Ştatlarıdır.

Soyuq müharibənin kəskin vaxtlarında casusluq, qarşı tərəf barədə informasiya əldə etmək məsələləri də kursantların öyrəndikləri içərisində qırmızı xətlə keçib.

“O zaman tutaq ki, öyrəndiyimiz “Penkovskinin işi” (ABŞ-ın xeyrinə casusluq etmiş Baş Kəşfiyyat İdarəsinin zabiti), “Rəcəbovun işi” kursda tədris olunurdu”-deyə İlham İsmayıl qeyd edir.

İndi “Penkovski işi” (Oleq Penkovski) barədə internetdə o qədər yazılar var ki… Amma Rəcəbov haqqında material yoxdur.

Bəs Rəcəbov kim idi?

İlham İsmayılın sözlərinə görə, Rəcəbov Bakı Biskvit Fabrikinin direktoru işləyib. Yuqoslaviyaya səfəri zamanı ABŞ səfirliyinə müraciət edərək, sığınacaq istəyib. Amerikalılar isə onu inandırırlar ki, əvvəlcə ABŞ-a xidmət edib pul qazanmalıdır ki, ora köçəndə yaxşı yaşaya bilsin. Bir sözlə, Amerika kəşfiyyatı Rəcəbovu “verbovka” edir.

Rəcəbov Bakıya qayıtdıqdan sonra ona əlaqə üçün şifrə göndərirlər. Şifrəni evdə, vanna otağında açıb oxuyanda DTK əməkdaşları elə oradaca onu həbs edirlər.

“Bu əməliyyat işləri dərs vəsaitləri kimi tədris olunurdu”- İlham İsmayıl qeyd edib.

Amma kitabda Rəcəbov haqda deyilənlər elə bununla da kifayətlənir. İlk baxışda belə təəssürat yarana bilər ki, keçmiş “KQB” işçisi Rəcəbov haqda əlavə informasiya verməyə xəsislik edir.

Buna görə də, Modern.az-ın əməkdaşı mövzu ilə bağlı İlham İsmayıla müraciət edib. Məlum olub ki, Kursda olarkən onlara Rəcəbov haqda sadəcə bu qədər informasiya veriblər. Buna görə də, həmin əməliyyatın konkret hansı tarixdə keçirildiyi, Rəcəbovun adı, sonrakı taleyinin necə olduğu qaranlıq qalır.

“İnternetdə Rəcəbovun işi haqqında heç bir məlumat yoxdur. Bu barədə geniş informasiyaya da malik deyilik. Minskdə bir əməliyyat kimi bizə mühazirə oxudular. Əlavə bilgi yoxdur”-İlham İsmayıl bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar