Xəbər lenti
Bahalı saatlar oğurlayan mafiya üzvləri tutuldu
İspaniyanın İbiza adasının polisi son vaxtlar bahalı saatların oğurlanması ilə məşğul olan cinayətkar qrupu saxlayıb. Sözügedən dəstəyə rəhbərlik edən şəxs 50 yaşlı Neapol sakinidir.
Polisin verdiyi məlumata görə, Neapoldan olan cinayətkarın rəhbərliyi altında 5 qarət həyata keçirilib.
Qarət edilən saatların ümumi dəyəri isə 150 min avrodur. Bir müddət əvvəl azərbaycanlı turistdən oğurlanan milyonluq saatın isə bu qrupa aidiyyatının olmadığı bildirilir.
Bundan başqa, yerli polis saat oğurluğunda şübhəli bilinən ərəb əsilli daha 3 nəfəri saxlayıb. Bildirilir ki, ötən həftənin çərşənbə günü turist "Vila” gecə klubundan çıxan zaman qrup üzvləri ona yaxınlaşıblar. Bu zaman qrup üzvlərindən biri turistlə söhbət edib, digəri isə anidən onun qolunu buraraq saatı oğurlayıb. Cinayətkar qrupun üzvləri daha sonra ərazidən uzaqlaşıblar.
Qeyd olunur ki, İbizada bahalı saatların oğurlanması işinə Neapol və Kalabriya mafiyası baxır. Son 7-8 ildə onların əsas rəqibi isə fransız mafiasıdır. Bu qruplaşmaların da heyətini ərəb və əlcəzairli olan şəxslər təşkil edir./qafqazinfo/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar