Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən havanın kəskin dəyişməsi ilə bağlı AÇIQLAMA

Tarix: 30-06-2019 12:38     Baxış: 3164 A- / A+
Nazirlikdən havanın kəskin dəyişməsi ilə bağlı AÇIQLAMA

İyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Yağış Ağdamda 23 mm (aylıq normanın 37 %-i), Şahdağda 22 mm, Daşkəsəndə 22 mm (aylıq normanın 19%-i), Xaltanda 19 mm, Gədəbəydə 19 mm (aylıq normanın 15%-i), Zərdabda 16 mm (aylıq normanın 68 %-i), Tərtərdə 14 mm (aylıq normanın 28 %-i), Kişçayda 14 mm (aylıq normanın 13%-i), Göygöldə 13 mm, (aylıq normanın 10%-i), Göyçayda 12 mm (aylıq normanın 26 %-i), Şəmkirdə 12 mm (aylıq normanın 23 %-i), Oğuzda 10 mm, Altıağac, Quba, Şabran, Gəncədə 9 mm, Naftalanda 8 mm, Qusar, Kürdəmir, Tovuzda 7 mm, Yevlax, İsmayıllıda 6 mm, Bərdədə 5 mm, Şəki, Mərəzə, Qəbələdə 4 mm, Balakən, Ağdərədə 3 mm, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2 mm, Şamaxı, Mingəçevirdə 1mm olub.

Qərb küləyi arabir Naftalanda 32 m/s, Mingəçevirdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə və Ağstafada 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,5 metrə çatıb. Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar