Xəbər lenti
Azərbaycanda yayda şoka salan buz yağışı

Dolu bir evin damını uçurub
Ötən gün Qusar şəhərində qəfil yağan dolu və güclü yağış sakinlərdə əməlli-başlı şok yaşadıb.
Manevr.az istiPress-in şimal bürosunun məlumatına görə bildirir ki, günün 2-ci yarısında hava qəfildən qaralıb və dolu yağmağa başlayıb. Sakinlərin sözlərinə görə, 15 dəqiqə yağan buz yağışı o qədər güclü olub ki, bu görüntülər qar yağışına bənzəyib. Güclü dolu və leysandan sonra Qusar şəhərinin küçələrinə güclü sel gəlib. Sakinlər onu da bildirib ki, bu cür dolu iyun ayı üçün xarakterik deyil və belə güclü buz yağışı bu ayda nadir hallarda müşahidə edilir.
Qusar İH-dən də fakt təsdiqlənib. İcra başçısının müavini Elman Mustafayev bildirib ki, dolu və leysan əsasən Qusar şəhərinin yuxarı hissəsində və Çiləgir kəndində qeydə alınıb.
Məlumata görə, Çiləgir kəndində Pərviz Mustafayevin evinin damını dolu uçurub. Çiləgir kəndində və Qusar şəhərində vətəndaşların şəxsi həyətyanı və əkin yerlərini, xüsusən kartof sahələrini dolu vurub. Dəyən ziyanın araşdırılmasına başlanılıb, rayon FHK üzvləri bi gün yerlərdə dəyən ziyanın araşdırılmasına start verəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar