Xəbər lenti
Sabirabadda “N” saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi - ŞƏKİLLƏR
26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi.
Manevr.az-ın məlumatına görə, tədbirdə müharibə əlilləri, Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndələri,hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər. Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə onlara uğurlar arzulayıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. Güclü, sarsılmaz və yüksək mənəvi-psixoloji hazırlığa malik ordumuzun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğuna və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə əminlik ifadə olunub. Sabirabad rayon A.İsgəndərov adına Xalq Teatrının rejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə vətənimizi tərənnüm edən şerlər,vətənpərvərlik mövzusunda kompozisiyalardan nümunələr təqdim olundu. Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəhər Yaradıcılıq klubunun “Kür Araz”instumental ansamblının müşayiətilə tanınmış ifaçıların ifasında təqdim edilən konsert proqramı ilə davam edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar