Xəbər lenti
İyunun 29-dək temperatur normadan artıq olacaq - XƏBƏRDARLIQ

Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı olacaq. Ona görə də havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq.
Manevr.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, iyunun 29-dək ölkə ərazisində havanın temperaturu çox illik norma göstəricilərindən yüksək olacaq:
"Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstərici yeniləndi, 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb. Keçən illə müqayisə etsək, iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır.
Ötən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub. Respublikanın rayonlarında, xüsusən də Aran rayonlarında havanın yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində davam edəcək".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































