Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə verilən pul təminatı artırılır

Tarix: 25-06-2019 12:01     Baxış: 4211 A- / A+
Bu şəxslərə verilən pul təminatı artırılır


Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılır.


Manevr.az
-in məlumatına görə, bununla bağlı məsələ "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

Təklif edilən dəyişikliyə əsasən isə bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə isə verilən pul təminatı 10 faiz artırlır.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 27-28-də keçiriləcək növbədənkənar plenar iclaslarının gündəliyinə daxil edilib./trend/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar