Xəbər lenti
Ailəsini Ayselin dağıtdığını deyən qadına zərbə: Uşağı əlindən alındı
Bir müddət öncə müğənni Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovu əlindən almaqda, ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəfovanın uşaqları (Mədinə və Zeynəb - red.) məhkəmə yolu ilə əlindən alınıb. Bu, Elçin Nəcəfovun müvafiq iddia ilə məhkəməyə müraciətindən sonra baş tutub.
Manevr.az oxu.az-a istinadən bildirir ki, məhkəmə prosesinin nəticəsi "Xəzər TV"də yayımlanan "Səni axtarıram" verilişində açıqlanıb.
T.Nəcəfovanın vəkili Tahir Əlirzayev telefonla canlı efirə qoşulub və məhkəmənin nəticəsini elan edib:
"Təəssüf ki, Elçin Nəcəfovun Turanə Nəcəfovaya qarşı iddiası təmin edildi. Məhkəmə azyaşlı Zeynəbin (11 yaş - red.) anasından alınıb, atasına verilməsi barədə qərar çıxardı.
İddia ərizəsində uşağın atanın yanında olduğu, bununla belə, anadan alınıb ataya verilməsi tələb edilib.
Mən hakimə dedim ki, iddiadan uşağın atada olduğu məlum olur. Bizdən alınıb necə ona veriləcək? Ancaq qətnamə onların lehinə çıxarıldı.
Hakim Mədinənin də fikrini soruşdu. O, baxışı ilə ayrılmaq istəmədiyini dilə gətirdi".
Qeyd edək ki, Turanə bir neçə ay öncə "Səni axtarıram" proqramına şikayətçi qismində qatılıb və gündəmi dəyişən iddialar irəli sürüb. O, müğənni Aysel Əlizadənin keçmiş həyat yoldaşı, "Yetim" ləqəbi ilə tanınan Elçinlə ailəsini dağıtdığını bildirib.
Turanə bildirib ki, Elçinin avtosalonu var və tikinti ilə məşğuldur. O, ərinin müğənniyə "Porsche" aldığını iddia edib. Bundan sonra Aysel Əlizadə "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar