Xəbər lenti
Rövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşüb - ŞƏKİLLƏR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə görüş keçirib.
Manevr.az xəbər verir ki, Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən, görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Dövlət Komitəsinin sədri görüşdə iştirak edən məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-məişət şəraiti və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Onlara Dövlət Komitəsində baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.
Görüşdə çıxış edən məcburi köçkünlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar