Xəbər lenti
Maaşların artımı devalvasiya riski yaradırmı? – Ekspertdən açıqlama
"Maaşların artımı devalvasiya yox, inflyasiya riski yaradır”.
Manevr.az azadinform-a istinadən xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Qadir İbrahimli çıxış edib.
Q.İbrahimli bildirib ki, yaxın gələcəkdə devalvasiya (yəni manatın xarici valyutalara nisbətdə dəyərini itirməsi) təhlükəsi yoxdur: "Maaşların artımının isə inflyasiya riski yaratması təbii iqtisadi qanunauyğunluqdur – dövriyyədə pul kütləsi artırsa, inflyasiya riski avtomatik olaraq yaranır. Hökumət anti-inflyasion tədbirlər görməlidir ki, inflyasiya həddi minimuma ensin. Maaşlar 40 faiz qalxıbsa, inflyasiya həddi 2-3 faizdirsə, deməli, real gəlirlər 37-38 faiz artır. Təbii ki, hökumətin effektiv anti-inflyasion siyasəti olmasa bu göstərici 20-25 faizə və daha aşağı enə bilər”.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncam bir çox sahələdə çalışan insanlara şamil edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar